Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

“Bəlli olacaq ki, bunlar dönər aparatı ilə strateji obyektləri güdüblər....”

“Bəlli olacaq ki, bunlar dönər aparatı ilə strateji obyektləri güdüblər....”

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“BBC News Azərbaycanca”nın ölkəmizdəki ofisinin bağlanmasına qurumun öz reaksiyası həqiqətən çox orijinal oldu: “Könülsüz olaraq gedirik...”
Zalım uşaqları, gedər ayaqda da adamı ağlatmamış, kövrəltməmiş getmirlər. Az qalırsan, arxalarınca su atasan...
Əlbət ki, könül dediyin bu hicranı hələm-hələm həzm etməz. Yerinizi təzə rahatlamışdız, donosları, dezoları, saxta informasiyaları indi-indi sistemə salıb lazım olan yerlərə ötürürdüz, ofisinizin bütün mərdimazarlar üçün pənah qapısına çevrilməsindən yeni-yeni bütün anti-Azərbaycan qüvvələri xəbər tuturdu...Və birdən, gözləmədiyin halda qayıdalar ki, şələ-şülənizi yığın, “göyərçinlərinizi” gedib başqa yerdə uçurdun....
İşdimi bu? Deyil, “vallah”. Ona görə də gərək “BBC Azərbaycanca” ən azından müəyyən məqamları aydınlaşdırardı. Məsələn, soruşardı ki, yaxşı, tutaq biz getdik, o zaman illərdir bəslədiyimiz yetimlərin, casusların, siyasi qolçomaqların aqibəti necə olacaq? Ya da ərsəyə gətirdiyimiz törəmə təşkilatların, media qurumlarının? Ortalıqda bu boyda fəaliyyət var, təxribat tərəfi indidən, 3 il, 5 il əvvəldən ssenariləşdirilən, planlanan hadisələr var, milyon dollarların müqabilində yaradılan kəşfiyyat şəbəkəsi, anti-milli ünsürlərin rahat salındığı hörümçək toru var, erməni lobbisinə, fransız qardaşlara verilən sözlər, qarşıda tikiləsi torbalar, yazılası qərəzli yazılar, yaramazca hazırlanası video-çarxlar var.
Necə durub gedəsən?! Üstəlik, könüllü?!
Bu arada, casus şəbəkəsinin təsbehi də incələn yerdən qırılıb və iki gün öncə həmin təsbehin növbəti daşı – Nurlan Libre də yuvarlanaraq yerə düşüb.
Və mənə çox maraqlıdır, sırada kimdir görəsən?!
Hər halda  görünən budur, qabağa düşmək istəyənlər yetərincədir. Məsələn, üzərinə “sancaq” taxıb gəzən gədə. Hansı ki, ana tərəfdən erməni bağlılığı artıq kimsədə şübhə doğurmur və özünə bənzəyən qardaşı da Avropa Şurasının kuluarlarında, əsasən də bufetində yalnız erməni əsillilərə xidmət edir, erməni rəfiqəsi ilə (həmin xanım uzun müddət soyadını dəyişərək Azərbaycan mediasında çalışıb) hərlənir, erməni diasporunun fəal üzvü Şvabenin “mətbuat xidməti” funksiyasını həyata keçirir və nəhayət: komitə iclaslarında erməni nümayəndə heyətinin tən ortasında əyləşir.
Digər maraqlı (həm də “perspektivli”) personaj isə Osmanqızıdır. Bu adam Amerikada saxta sənədlərlə yaşayır və ona görə də Trampın miqrantlarla bağlı sərt addımlarından sonra ciddi təşvişə düşüb. Ayrıca, düşünürəm ki, Azərbaycanın ekstradisiya ilə məşğul olan müvafiq qurumları (əsasən Baş Prokurorluğun nəzdində olan Beynəlxalq şöbə) indiki məqamda iş sürətini artırsa və “İnterpol”la daha intensiv işləsə ən uzağı Novruz bayramına qədər əli qandallı Sevinci hava limanında təyyarədən düşən formada seyr edə biləcəyik...
***
Eyni zamanda ən son gələn məlumatlar budur ki, artıq casus şəbəkəsinin üzvləri “içəridə” bir-birini ciddi şəkildə ittiham edir və beləcə bütün “düyünlər” təbii formada açılır.
Yadıma bir anlıq Beriyanın istintaqından fraqment düşdü. Keçmiş DTK sədrinin cəlladlarından birinə şahid kimi yazılı ifadə vermək təklif edilərkən həmin cəllad belə bir cavabda bulunmuşdu: “Xəttim pisdir, olar üzünə durum?!”
İnanın, bir azdan anti-Azərbaycan korpusunun timsalında da eyni, bənzər hadisələrə şahidlik edəcəyik.
Çünki, tarix və zaman xəyanətkarların xislətini, xarakterini dəyişmir...
Ən sonda. Elə bu yazını qələmə alarkən mediada belə bir xəbərə rastladım ki, Türkiyədə “FETÖ”ya məxsus “Maydonoz” adlı dönər şəbəkəsi ifşa edilib və onların Bakıda da filialları var.
FETÖ və Maydonoz. Əslində, həmahəng səslənir. Niyə? Ona görə ki, hər ikisinin mahiyyəti “həftəbecər fəlsəfəsi”nə əsaslanır, qatmaqarışıqdır və ən vacibi: insan həyatı üçün ZƏRƏRLİDİR!
Əgər Bakıdakı filiallar da sadəcə ad deyil, həm də mahiyyət etibarilə Türkiyədəkilərə bağlıdırsa, o zaman əmin olun: həmin məkan biznes amacı ilə açılmayıb və hüquq-mühafizə orqanları azacıq müşahidə aparsalar görəcəklər ki, onların fəaliyyəti sadəcə yaxınlıqdakı strateji obyektləri güdməkdən, gizlin çəkilişlər aparmaqdan, hətta dönər aparatının özünə belə binokl və kamera sistemi quraşdıraraq Pensilvaniyadakı ofisə gərəkli olan informasiyaları toplamaqdan ibarət olub.
P.S. Tanrı Prezidentimizə güc və səbr versin!
Çünki bu qədər nankorla, casusla, namərdlə, xəfiyyə ilə eyni anda mübarizə aparmaq və dövləti bütün təhdidlərdən qorumaq həqiqətən də çətin, çox çətin, hətta qavradığımızdan, dərk etdiyimizdən, təxmin elədiyimizdən belə daha çətin məsələdir...
Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Fevral 2025 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see460

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see362

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see358

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see316

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see274

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see274

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see274

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see271

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see188

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see149

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see148

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see140

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see140

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see133

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see128

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see124

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see123

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see122

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri