Belousovun mesajı: Kreml Cənubi Qafqazda Parisin ayaq izlərindən narahatdır
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya müdafiə naziri Andrey Belousovun “Ermənistanın Zəngəzur vilayəti ətrafında gərginlik davam edir. Eyni zamanda Cənubi Qafqazda xarici ölkələrin fəallığı artır” sözləri İrəvana və Parisə ünvanlanıb. Çünki Fransa bir neçə gündən sonra Qərbi Zəngəzurda konsulluq açacaq. Ayrıca Gorusda Ermənistan-Fransa konfransı keçiriləcək.
Sherg.az xəbər verir ki, bu sözləri politoloq Elxan şahinoğlu deyib.
“Rusiya müdafiə nazirinin sözlərinə görə, hazırkı fəallığın məqsədi təhlükəsizliyin gücləndirilməsi yox, həmin ölkələrin təsir dairəsini genişləndirməkdir. Yəni Belousov demək istəyib ki, Fransanın dərdi Ermənistanın təhlükəsizliyi deyil, bölgədə təsir dairəsini genişləndirməkdir. Fransa Azərbaycanla münasibətləri normallaşdırmadan yalnız Qərbi Zəngəzurda konsulluq açmaqla Cənubi Qafqazda möhkəmlənə bilməyəcək. Buna baxmayaraq, Belousovun narahatlığı anlaşılandır. Kreml hesab edir ki, Fransanın Ermənistandakı fəallığının əsas məqsədi Rusiyanı bu ölkədən sıxışdırıb çıxarmaqdır. Buna görə də Rusiya Türkiyə və İranın xaricində bölgədən uzaq ölkələrin Cənubi Qafqazda fəallığının əleyhinədir”, - politoloq qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 28 May 2025 22:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















