Belqradın ən hündür binasında Azərbaycan bayrağı əks olundu VİDEO
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Serbiyanın paytaxtı Belqrad şəhərinin simvollarından biri olan məşhur "Belgrad Tower" binası Azərbaycan və Serbiya bayraqlarının rənglərinə bürünüb.
Milli.Az xəbər verir ki, Azərbaycan və Serbiya arasındakı strateji tərəfdaşlıq və dostluq münasibətlərinin növbəti nümayişi olaraq, şəhərin ən möhtəşəm memarlıq nümunəsinin üzərində hər iki ölkənin dövlət bayraqlarının təsviri əks olunub.
Binanın nəhəng fasadında ardıcıl olaraq Azərbaycanın üçrəngli bayrağı və Serbiyanın dövlət bayrağı nümayiş etdirilib. Bu addım iki ölkə arasındakı yüksək səviyyəli diplomatik əlaqələrin və xalqlararası həmrəyliyin rəmzi göstəricisi kimi qiymətləndirilir.
Qeyd edək ki, "Belgrad Tower" Serbiya və regionun ən hündür binalarından biridir. 168 metr hündürlüyündə olan bu göydələn mühüm bayramlarda, tarixi günlərdə və dost ölkələrin əlamətdar hadisələri zamanı xüsusi işıqlandırma ilə bəzədilir.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:200
Bu xəbər 15 Fevral 2026 22:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















