Bayrağımız Belqradın ən hündür binasında GÖRÜNTÜ
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Serbiyanın paytaxtı Belqrad şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağı ən hündür binalardan birinin üzərinə proyeksiya olunub.
Modern.az xəbər verir ki, paytaxtın simvollarından sayılan və Teleqüllədən sonra şəhərin ikinci ən hündür tikilisi olan "Belqrad qülləsi" (St. Regis Belgrade hoteli) Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Bu addım Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya rəsmi səfəri ilə əlaqədar olaraq atılıb. Şəhərin bir çox nöqtəsindən aydın görünən bu görüntülər iki ölkə arasındakı yüksəksəviyyəli strateji tərəfdaşlığın və dostluq münasibətlərinin rəmzi kimi qiymətləndirilib.
Qeyd edək ki, "Belqrad qülləsi" müasir memarlıq nümunəsi olmaqla yanaşı, Serbiyanın ən mühüm infrastruktur layihələrindən biri hesab olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 15 Fevral 2026 23:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















