Ben Qvir İsrailin müdafiə naziri olmaq istəyir
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrailin milli təhlükəsizlik naziri, "Otsma Yehudit" partiyasının sədri İtamar Ben-Qvir ölkənin müdafiə naziri vəzifəsini tutmaq niyyətində olduğunu bəyan edib.
Moderator.az İsrail mediasına istinadən xəbər verir ki, o bu barədə yeni hökumətin formalaşdırılmasından əvvəl partiyasının koalisiyaya qarşı tələblərini təqdim edərkən bildirib.
"Otsma Yehudit"in tələbləri çərçivəsində həmçinin Knesset deputatı Tali Qotlibin ədliyyə naziri təyin edilməsi təklif olunub.
Ben-Qvir həmçinin İsrail Müdafiə Ordusunun güc tətbiqi qaydalarının dəyişdirilməsi və hərbi qulluqçulara dəstəyin genişləndirilməsinin tərəfdarı kimi çıxış edib. Plan əsgərlərin maaşlarının artırılmasını və döyüş bölmələrinin hərbi qulluqçularına pulsuz torpaq sahələrinin verilməsini nəzərdə tutur.
Bundan əlavə, o, İsrail ordusunun etik məcəlləsini dəyişdirməyi, eləcə də elit bölmələri açmağı təklif edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 23 Sentyabr 2026 07:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















