Icma.az
close
up
RU
Ben Qvir: Bu, qələbə deyil

Ben Qvir: Bu, qələbə deyil

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu sözləri İsrailin sabiq milli təhlükəsizlik naziri, ifrat sağçı İtamar Ben-Qvir özünün "X" hesabında yazıb. O bildirib ki, atəşkəs sazişi "ölkəyə mütləq qələbə yox, mütləq təslimiyyət gətirib".
"Qəhrəman əsgərlərimiz Qəzzada ona görə canlarından keçməyiblər ki, indi bu kadrları (qəzzaların şimala qayıdışını - red.) izləyək. Müharibəyə qayıtmalı, (terrorçuları - red.) məhv etməliyik!", - nazir vurğulayıb.
Fələstinin HƏMAS terror təşkilatı ilə razılaşmanı mütəmadi surətdə "İsrail üçün ağır məğlubiyyət" kimi qiymətləndirən Ben-Qvir Qəzzada tərəflər arasında atəşkəs qərarı verildiyi gün - yanvarın 19-da istefa verib.
"Əminəm ki, Netanyahu öz vəzifəsində qalacaq, amma mən gedəcəyəm. Çünki atəşkəs sazişi əlləri qanlı yüzlərlə terrorçunun sərbəst qalması, yeni cinayətlər törətməsi, İsrailin özünümüdafiə zərbə vurulması, qanımız bahasına çatdığımız uğurların puça çıxması deməkdir. Hökuməti dəstəkləyirik, ancaq məğlubiyyətə bərabər razılaşmanın ortağı deyilik", - o, yanvarın 17-də "X"də yazmışdı.
İsrail qəzzalıların zolağın şimalına qayıtmasına icazə verib - VİDEO
Digər tərəfdən, İsrailin xarici işlər naziri İsrael Kats da qəzzalıların şimaldakı yurd-yuvalarına qayıtmalarına öz reaksiyasını bildirib. O söyləyib ki, "qaydaları pozan, yaxud İsrail Silahlı Qüvvələri üçün təhlükə yaradan hər kəs tam ağır cavab verəcək".
"7 oktyabr şəraitinə qayıtmağa imkan verməyəcəyik", - o, "X"də diqqətə çatdırıb.

Xatırladaq ki, İsrail Silahlı Qüvvələri Qəzza zolağının şimalından hərbi əməliyyatlar səbəbi ilə didərgin düşmüş fələstinlilərin öz yurd-yuvalarına qayıtmalarına bu gün yerli saatla 7-dən etibarən icazə verib.
Firudin Həmidli
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://azvision.az
archiveBu xəbər 27 Yanvar 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see431

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see302

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see277

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see251

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see235

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see226

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see221

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see217

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see214

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see202

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see194

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see193

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see192

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see191

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see185

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see185

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see184

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see183

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri