Benfika dan Braziliyaya qayıdır
Icma.az, Sportal.az saytına istinadən bildirir.
"Benfika"nın hücumçusu Artur Kabral ölkəsinə qayıdır.
Sportal.az xəbər verir ki, braziliyalı futbolçu "Botafoqo"ya keçir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Artıq klublar arasında anlaşma əldə olunub. "Botafoqo" 27 yaşlı forvard üçün 15 milyon avro təzminat ödəyəcək. Futbolçu klublararası dünya çempionatına kimi yeni komandasına qoşulacaq.
Qeyd edək ki, "Benfika" Artur Kabralı 2023-cü ilin avqust ayında "Fiorentina"dan transfer edib. Braziliya millisinin üzvü olan hücumçu başa çatan mövsümdə Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Baxış sayı:92
Bu xəbər 07 İyun 2025 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















