İngiltərə klubunun qapıçısı Braziliyaya qayıdır
Icma.az, Sfera.az saytına istinadən bildirir.
İngiltərənin "Bornmut" klubunun qapıçısı Murara Netu Braziliyaya qayıdacaq.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, 36 yaşlı qolkiper "Botafoqo" ilə anlaşıb.
Onun transferi Braziliya klubuna pulsuz başa gələcək. Netu hazırda ən yüksək maaş alan oyunçular sırasında olduğu üçün İngiltərə klubu əməkhaqqı büdcəsini azaltmaq məqsədilə qapıçı ilə vidalaşmaq qərarına gəlib.
Netunun "Botafoqo" ilə 6 ay uzatma şərti ilə 2 illik müqavilə imzalayacağı bildirilib.
Qeyd edək ki, karyerası ərzində "Barselona", "Valensiya", "Yuventus", "Fiorentina" kimi klublarda çıxış etmiş braziliyalı qapıçı 2024/2025 mövsümündə icarə əsasında "Arsenal"da forma geyinib. O, İngiltərə klubunun heyətində bütün turnirlərdə meydana çıxdığı 4 oyunda 4 qol buraxıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 05 Avqust 2025 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















