“Benfika” ilə oyundan bir xal qazanmaq böyük nailiyyət olar”
Idmanxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Qarabağ” bu gün Çempionlar Liqasının liqa mərhələsində ilk oyununu keçirəcək. Komandamızın rəqibi Portuqaliya nəhənglərindən sayılan “Benfika” olacaq.
Təcrübəli mütəxəssis Arif Əsədov İdmanxeber.az-a açıqlamasında qarşılaşma ilə bağlı fikirlərini bildirib:
“Benfika” çətin rəqibdir və oyun böyük azarkeş tutumuna malik stadionda keçiriləcək. İlk dəqiqələrdə “Qarabağ”ın ehtiyatlı davranması vacibdir. Rəqibin və azarkeşlərin təzyiqindən çıxa bilsələr, getdikcə öz oyunlarını göstərə bilərlər. Mənə elə gəlir ki, “Qarabağ” oyuna adaptasiya olduqdan sonra daha yaxşı çıxış edə bilər”.
Əsədov bildirib ki, bu səfərdən hər hansısa xalla dönmək Azərbaycan futbolu üçün uğurlu nəticə sayılacaq:
“Təbii ki, qalib gəlmək çətin olacaq. Amma heç olmasa bir xal qazanmaq böyük nailiyyət olar. Əsas odur ki, məğlub olsaq belə, komandamız layiqli mübarizə göstərsin”.
Fərid Nəsibov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 16 Sentyabr 2025 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















