Icma.az
close
up
RU
Qarabağ ın Benfika ilə oyundan xal qazanmaq şansı var PROQNOZ

Qarabağ ın Benfika ilə oyundan xal qazanmaq şansı var PROQNOZ

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

"Qarabağ" bu gün Çempionlar Liqasının Liqa mərhələsində ilk matçına çıxacaq. Komandamız səfərdə "Benfika"nın qonağı olacaq.

İdman eksperti Kənan Məstəliyev Redaktor.az-a açıqlamasında bugünkü matçdan gözləntilərini bölüşdü.

"Səkkiz illik fasilədən sonra "Qarabağ" nəhənglər liqasında yarışacaq və ilk turdakı rəqibi də çox güclüdür. "Benfika" xüsusilə də öz ev oyunu zamanı, öz doğma divarları arasında hər zaman təhlükəli olub. Rəqib çox güclüdür. Heyətinin qiyməti 345 milyon avronu əhatə edir. Yəni "Qarabağ"dan demək olar ki, 15-16 dəfə bahalı komandadır və hətta deyərdim 20 dəfə bahalı komandadır. Daha yaxşı futbolçulara malikdirlər, heyət keyfiyyəti daha yuxarıdır. Öz meydançalarında daha da təhlükəli olurlar. Azarkeş dəstəkləri maksimumdur. Təsnifat mərhələsindən "Nisa" və "Fənərbaxça" kimi rəqibləri keçərək Çempionlar Liqasına vəsiqə qazanıblar. Hazırda UEFA-nın klub reytinqində ilk onluqdadırlar. Çox güclü, çox basqılı oyun oynayan, istəyinə nail olmağa bacaran, bunun üçün hər cür məharəti ortaya qoya bilən komandadır. Son zamanlar müdafiələrinə daha çox diqqət yetirsələr də, hücumda aqressiv iştirak edirlər. Demək olar ki, bütün komanda ilə hücuma gedərək, cinahlardan, ortadan, eyni zamanda asmalarla, standart vəziyyətlərlə, qısa paslarla mümkün olan bütün variantlardan istifadə edərək qol vurmağa çalışırlar. Düzdür, o qədər də məhsuldar ola bilmirlər. Bu da komandadakı yenidənqurma ilə bağlıdır. Hələ ki, komanda yayda satdığı oyunçuların yerinə aldığı futbolçuların adaptasiyasını keçirir. Ona görə də komanda hələ ki, adaptasiya mərhələsindədir və ona görə də biz bundan istifadə edə bilərik".

Ekspertin fikrincə, "Qarabağ"ın bu oyundan xal qazanmaq şansı var:

"Bunun üçün biz ilk 20 dəqiqədə qol buraxmamağa çalışmalıyıq. Bundan başqa da müdafiədən çıxarkən dayaq yarımmüdafiəçi mövqeyində olan futbolçularımız "Benfika"nın cinahlardakı boşluqlarından istifadə etməyi bacarmalıdırlar, oraları ötürməklə təmin edərək təhlükəli vəziyyət yaranmasında iştirak etməlidirlər. "Qarabağ"ın üstün cəhəti komanda oyunu nümayiş etdirməsi və belə böyük oyunlarda iştirak təcrübəsinin çoxluğudur. Yəni "Qarabağ" bundan əvvəl də belə matçlarda iştirak edib, elə Portuqaliyada keçən il "Braqa" səfərindən dörd topla qayıdıb. Yəni "Qarabağ" üçün belə oyunlar adət oyunlarıdır, yəni elə bir çətinliyi yoxdur. Belə təzyiqi görüblər, təcrübə öz köməyini edəcək. Düşünürəm ki, ilk 20 dəqiqə ərzində top buraxmasaq, müdafiəmizi etibarlı qura bilsək, biz Portuqaliyadan bir xalla qayıda bilərik. Yəni buna "Qarabağ"ın potensialı çatır", - deyə, Kənan Məstəliyev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Sentyabr 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see272

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see260

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see255

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see241

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see232

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see220

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see216

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see192

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see188

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see181

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see180

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see166

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see161

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see156

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see146

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see144

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see138

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see136

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri