Benfika nın baş məşqçisi azarkeşlərdən dəstək istədi Qarabağ la oyun üçün
Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.
UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi olan "Benfika" Portuqaliya çempionatının 4-cü turunda "Santa Klara" ilə 1:1 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, Lissabon təmsilçisinin baş məşqçisi Bruno Laji matdan sonra açıqlama verib. 49 yaşlı mütəxəssis azarkeşlərdən dəstək istəyib:
"İndi geri qayıtmaq vaxtıdır. Çərşənbə axşamı evdə qalib gəlməli olduğumuz oyun var. Azarkeşlərimizə səslənirəm ki, bizi dəstəkləməyə davam etsinlər. Xahiş edirəm, çərşənbə axşamı burada olun. Çünki Çempionlar Liqasında yaxşı mövsüm keçirməli və turnirə qələbə ilə başlamalıyıq".
Qeyd edək ki, "Benfika" - "Qarabağ" qarşılaşması 16 sentyabr tarixində keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 13 Sentyabr 2025 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















