Benfika nın baş məşqçisi: Qarabağ a qalib gəlməliyik
sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Çempionlar Liqasında yaxşı mövsüm keçirməli və turnirə qələbə ilə başlamalıyıq". Sport24.az xəbər verir ki, bu sözləri "Benfika"nın baş məşqçisi Brunu Laji deyib.
"Santa Klara" ilə heç-heçə etdikləri (1:1) Portuqaliya Liqasının V turunun matçından sonra mətbuat konfransına qatılan mütəxəssis artıq toparlanmalı olduqlarını söyləyib:
"Bütün diqqətimizi növbəti görüşə yönəldəcəyik. Çərşənbə axşamı doğma meydanda qələbə qazanmalıyıq. Azarkeşlərimizə müraciət edirəm. Bizi dəstəkləməyə davam edin. Çempionlar Liqası matçında da burada olun. Çünki turnirdə yaxşı mövsüm keçirməli və qalibiyyətlə başlamalıyıq".
Qeyd edək ki, sentyabrın 16-da baş tutacaq "Benfika" - "Qarabağ" oyunu saat 23:00-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 13 Sentyabr 2025 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















