Icma.az
close
up
RU
Benfika ya yox, amma Kopenhagen ə qalib gələ biləcəyimizə inanırdım Aslan Kərimov

Benfika ya yox, amma Kopenhagen ə qalib gələ biləcəyimizə inanırdım Aslan Kərimov

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsinin 1-ci turunda səfərdə "Benfika"nı parlaq geridönüşlə yenən (3:2) "Qarabağ" 2-ci turda öz "Kopenhagen"i inamla üstələdi - 2:0. Bakıdakı qələbə sayəsində xallarının sayını 6-ya çatdıran Ağdam təmsilçisi pley-offa yüksəlmək yolunda da inamlı addım atdı. Tanınmış futbol mütəxəssisi, "Qarabağ"ın sabiq yarımmüdafiəçisi Aslan Kərimovla əlaqə saxlayıb oyunu dəyərləndirməsini istədik.

Onun Fanat.Az-a açıqlamasını təqdim edirik:

"Çox vacib bir qələbə idi. İki fərqli hissə izlədik. İlk yarıda "Kopenhagen" nə birinci zonadan hücumlar qura bildi, nə də xüsusi nə iləsə yadda qaldı. "Qarabağ" yüksək pressinqlə topu ələ keçirir, qonaq komandanın qapısı qarşısında təhlükəli vəziyyətlər yaradırdı. 28-ci dəqiqədə Pedro Bikalyonun qapı dirəyindən qayıdan zərbəsini Abdullah Zubir qolla tamamlayandan sonra Danimarka təmsilçisi müdafiədə riskli oynamağa başladı və yüzfaizli qol imkanı yaxaladı. Yəni qonaqların birinci yarıda qurduqları nadir hücumlardan biri qolla nəticələnə bilərdi. Xoşbəxtlikdən rəqib oyunçunun zərbəsi dəqiq alınmadı.

İkinci yarıda da təzyiq etməyə çalışdıq, lakin daha riskli oynayan "Kopenhagen" belə desək, oyunun ipini əlinə aldı. Ya "Qarabağ" özü geriyə çəkildi, ya da "Kopenhagen" komandamızı buna vadar etdi. Bizi daha çox cinahlardan "sıxırdılar". "Qanadlar"dan etdikləri ötürmələr olduqca təhlükəli alınırdı. İkinci yarıda Mateuş Koxalskinin kritik bir seyvini, onların qapı tirindən qayıdan zərbəsini də vurğulamalıyıq. Matçın təxminən 50-80-ci dəqiələri arasında bizə çətin anlar yaşatdılar. Bu zaman kəsiyində bizi tam olaraq üstələməyi bacarmışdılar. Əlbəttə, belə təzyiq fonunda danimarkalıların öz qapılarını toxunulmaz saxlaması da asan iş deyildi. Riskli oynayaraq "Qarabağ"a əks-hücim imkanları verirdilər. Əslində, Emmanuel Addai ikinci qolu vurana qədər də hesab arasındakı fərqi artırmaq şanslarımız olmuşdu. Addainin 83-cü dəqiqədə rəqib qapısına yol tapmasına gəlincə, o, "Kopenhagen"i fərdi ustalığı sayəsində məyus etdi. İkinci qol komandamızın psixoloji basqıdan da qurtulmasını şərtləndirdi. Düzü, "Benfika"ya yox, amma "Kopenhagen"ə qalib gələ biləcəyimizə inanırdım. İki oyuna 6 xal çox şey deməkdir. Bununla, pley-offa yüksəlmək şansımızı da yaxşılaşdırdıq".

Qeyd edək ki, "Qarabağ" ÇL-in 3-cü turunda İspaniyada "Atletik" ilə qarşılaşacaq.

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://fanat.az
archiveBu xəbər 02 Oktyabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see237

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see199

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see173

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see162

Energetik içkilərlə bağlı şok xəbərdarlıq: kor edə bilər

30 Dekabr 2025 09:06see154

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see153

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see148

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see144

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see142

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see141

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see140

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see135

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see132

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri