Icma.az
close
up
RU
Aslan Kərimov: “Lixtenşteynə qalib gəlməliyik”

Aslan Kərimov: “Lixtenşteynə qalib gəlməliyik”

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Lixtenşteynlə oyundan gözləntilərim əslində pozitivdir. Hesab edirəm ki, Lixtenşteynlə oyunda qələbə qazanmaq üçün bizim bütün potensialımız var. Bu ondan ibarətdir ki, bütün oyunçularımız kifayət qədər yaxşı vəziyyətdədirlər”.

Bu sözləri Azərbaycan millisinin və “Qarabağ”ın sabiq yarımmüdafiəçisi, futbol mütəxəssisi Aslan Kərimov UEFA Millətlər Liqasının D Liqası çərçivəsində səfərdə Lixtenşteynə qarşı keçiriləcək oyun barədə danışarkən deyib.

Təcrübəli mütəxəssis Ayxan Abbasovun rəhbərlik etdiyi yığmamızın şanslarını dəyərləndirib, heyətin komplektləşdirilməsindən və səfər matçında diqqət yetirilməli olan taktiki məqamlardan söz açıb.

“Düzdür, bəzi futbolçular kifayət qədər oyun praktikası qazanmayıblar. Amma məncə, Ayxan Abbasov bütün mövqeləri kifayət qədər komplektləşdirib. Nə olmasından asılı olmayaraq, məncə, artıq Lixtenşteynə qalib gəlməliyik. Yəni oyunçularımızın oyun praktikası olub-olmamasından asılı olmayaraq, bunu etmək məcburiyyətindəyik. Mən buna tam əminəm ki, Lixtenşteynlə oyunda xal qazanacağıq. Xal deyəndə isə qələbə qazanacağımızı nəzərdə tuturam.
Sadəcə olaraq, bəzi məqamlarda, belə deyək, rəqib meydanında oynayırsansa, istər-istəməz onların az da olsa əks-hücumları olacaq. Diqqətli olmalı olduğumuz məqam odur ki, bu əks-hücumlarda rəqibi düzgün və təşkilatlanmış şəkildə qarşılayaq. Çünki ola bilər ki, oyunun əvvəllərində biz yenə də təzyiqli oynayacağıq və dominant tərəf biz olacağıq. Amma rəqib komanda qapalı oynadığı halda zaman-zaman qollar vura bilməyə, kombinasiyalarımız alınmaya bilər. Bu isə bizi təşvişə salmamalıdır. Belə situasiyalarda komandalar qol vura bilmədikcə, əsəbiləşdikcə müdafiədə boşluqlar buraxa bilərlər. Bundan qorunmalıyıq. Yalnız belə situasiyalarda xal itkisinə məruz qala bilərik. Düşünürəm ki, Ayxan Abbasov da bu məsələləri öncədən həll edib, uşaqlarla bu barədə danışıb və belə deyək, həmin məsələləri artıq yoluna qoyub. Ona görə də qələbə qazanacağımıza inanıram”, - deyə o fanat.az-a açıqlamasında bildirib.

Qeyd edək ki, UEFA Millətlər Liqası çərçivəsində Vadutsda keçiriləcək Lixtenşteyn - Azərbaycan görüşü bu gün Bakı vaxtı ilə saat 23:45-də baş tutacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 13 Noyabr 2026 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri