Benində avtobus qəzası: 44 nəfər itkin düşüb
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Benində avtobus Ueme çayına düşüb. Qəza nəticəsində azı bir nəfər ölüb, 44 nəfər itkin düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə yerli "Banuto" nəşri məlumat yayıb.
Nəşr Benin hökumətinə istinadən yazır ki, avtobus Lomedən (Toqonun paytaxtı) Niameyə (Nigerin paytaxtı) gedib. Magistral yolda sürücü idarəetməni itirib, avtobus yoldan çıxaraq çaya düşüb.
Avtobusda Malidən gələn sərnişinlərin olduğu bildirilib. Hazırda bir nəfərin öldüyü, 44 nəfərin itkin düşdüyü, 9 nəfərin xilas edildiyi məlumdur.
İçərisində sərnişinlər olan avtobus qismən suyun altında qalıb. Beninin müvafiq xidmət orqanları hadisə yerində axtarış-xilasetmə əməliyyatını davam etdirir.
Bu mövzuda digər xəbərlər:Benində dövlət çevrilişinə cəhd: 14 nəfər həbs edildi
08 Dekabr 2025 03:58
Benində dövlət çevrilişi baş verib
07 Dekabr 2025 13:53
Benində dövlət çevrilişinə cəhdin qarşısı alınıb
08 Dekabr 2025 15:42
Benində hərbçilər prezident iqamətgahına hücum ediblər
07 Dekabr 2025 14:24
Benində üsyançıların lideri Tiqri Paskal qaçıb
07 Dekabr 2025 20:16
Baxış sayı:99
Bu xəbər 18 Avqust 2025 01:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















