Icma.az
close
up
RU
Bennet “Likud”u ikiüzlülükdə ittiham edib və partiyanın borclarını açıqlayıb

Bennet “Likud”u ikiüzlülükdə ittiham edib və partiyanın borclarını açıqlayıb

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrailin sabiq baş naziri Naftali Bennet “Likud” partiyasının böyük borcları ilə bağlı məlumatları açıqlayıb. Onun sözlərinə görə, partiyanın dövlət tərəfindən maliyyələşmə üzrə borcu təxminən 56 milyon şekel təşkil edir və bu məbləğ hər il təxminən 7 milyon artır.

Bizimyol.info xəbər verir ki, Bennet bu açıqlamanı “Kan 11” telekanalında jurnalist Mixayel Şemeşin yayımladığı materiala cavab olaraq verib.

“Likudun qəfil şəkildə dövlət vəsaitləri üçün narahatlıq göstərməsini ciddiyə almaq çətindir, axı onlar da çox yaxşı anlayırlar ki, dəyişiklik artıq başlanıb”, - deyə Bennet bildirib.

“Kan 11”in yayınladığı materialda iddia olunurdu ki, Bennet vaxtilə rəhbərlik etdiyi iki partiyada milyonlarla borc qoyub və eyni zamanda “Bennet 2026” adlı yeni siyasi platforma yaratmağa hazırlaşır.

Sosial şəbəkələrdə paylaşdığı açıqlamada Bennet bu iddialara sərt reaksiya verərək onları “növbəti qarayaxma cəhdi” adlandırıb: “Sadə bir qaydanı yadda saxlayın — yalan maşını mənə qarşı nə qədər güclü işləyirsə, deməli, onlar bir o qədər anlayırlar ki, dəyişiklik yaxınlaşır. Bu maşının indiki saxta xəbəri — “partiya borcları”dır. Amma faktlar belədir: bu gün ən böyük borca malik partiya “Likud”dur — təxminən 56 milyon şekel borc var və bu rəqəm ildən-ilə artır”, - deyə qeyd edib.

Siyasətçi həmçinin bildirib ki, onun rəhbərlik etdiyi partiyaların borcları onun dövründə yaranmayıb. Onun sözlərinə görə, “Yəhudi Evi” partiyasının borcu o, 2012-ci ildə rəhbərliyi ələ almadan əvvəl artıq 17 milyon şekeli keçmişdi:

“Mən bu borcları əvvəlki rəhbərlikdən miras almışdım — bu, partiya lideri dəyişəndə normal haldır. Daha sonra həmin borcları varisim ravvin Peretssə təhvil verdim. Eyni hal “Yamina” partiyası ilə də bağlıdır — mənim səlahiyyət müddətim başa çatdıqdan sonra partiyanı Ayelet Şakedə təhvil verdim. O, seçkilərdə iştirak etdi, lakin seçki baryerini keçə bilmədi”, - deyə bildirib

Sonda Bennet siyasi rəqiblərinə müraciət edərək: “Mənimlə seçkilərdə ədalətli şəkildə rəqabət aparmaq əvəzinə, “Likud” mənim iştirakımı əngəlləməyə çalışır. Əgər doğrudan da qalib gələcəklərinə inanırdılarsa, fərdi və geriyə dönük qanun qəbul etməyə ehtiyac duymazdılar. Amma siz də bilirsiniz ki, bu, onlarda alınmayacaq. Mən əsas məqsədimdən — xalqı birləşdirmək və İsraili bərpa etmək yolundan dönməyəcəyəm”, - deyə əlavə edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 27 Oktyabr 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see288

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see193

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see169

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri