Icma.az
close
up
RU
Bənövşə qoxulu misralar... Fuad Biləsuvarlı yazır

Bənövşə qoxulu misralar... Fuad Biləsuvarlı yazır

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

/Görkəmli şair Sabir Sarvanın əziz xatirəsinə.\

Azərbaycan poeziyasını gözəl yaradıcılıq nümunələrilə zənginləşdirən, əsl söz xiridarlarından biri də görkəmli şairimiz Sabir Sarvandır.
Allahın qisməti, talein qədəri nəsib eləmədi ki, o, şairlə yaxından tanış ola bilim.
Elə şairlər var ki, özünü şəxsən tanımasam da amma yaradıcılığı ilə tanış olandan sonra elə bilirəm ki, mən o, şairi neçə illər imiş ki, tanıyırmışam. Bax, Sabir Sarvan da məhz həmin o, şairlərdəndir.
Onunla dostluq  edən şəxslər deyir ki, özünün ağayana oturuşu, duruşu ilə, öz çəkisi, sanbalı olan əsl kişi adam idi. Elə özü kimi sözünün də çəkisi, sanbalı var idi.
 Yazdıqları şeirlər hamısı yadda qaldı, dillər əzbərinə çevirildi. Sabir Sarvan bəlkə də ona görə şeirlərini az yazırdı. Onun üçün  kəmiyyət etalon deyildi, kefiyyət etalon idi. Şairin böyüklüyü də ondan ibarətdir ki, o,  yazdıqları ilə tarixdə iz qoya bilsin. Sabir Sarvan yaradıcılığını oxucuya sevdirən, yaxınlaşdıran, doğmalaşdıran onun yazdığı şeirlərində səmimi olmasıdır. Nərgiz Cabbarlı Sabir Sarvan şeirlərini canlı orqanizmə bənzədib. Həqiqətən də elədir. Sabir müəllimin şeirlərini oxuyanda onun yazdıqlarında ürək çırpıntısını, qəlb döyüntüsünü hiss etmək mümkündür.
O, kədərini, dərdini sevinci kimi yaşayırdı. Klassiklərimizdən tutmuş, bugünkü müasir ədəbiyyatımıza kimi kədər, dərd, nisgil bizim ədəbiyyatda öz aktuallığını itirməyən mövzudur. Sabir Sarvan yaradıcılığını dərindən oxuyub belə bir qənatə gəlmək olar ki, həqiqətən o da böyük şair olmağıyla bərabər, Füzulidən, Nəsimidən, çağdaş ədəbiyyatımızın sevilən şairi Nüsrət Kəsəmənlidən  sonra böyük kədər şairidir:
Sözü Sabir Sarvan qələminə verirəm.

Keçib ocaqları, köç edib binəm,
Sahildə qayadı dərd döyən sinəm.
Çarəsi tapılmaz xəstələrdənəm,
Dərd verən dərmanın düşünməzmi ola?

Və yaxud başqa şeirində deyir:

Nə durmuşam əlimdə daş,
Nə gözümdə görünür yaş,
Qatarımdan yavaş- yavaş
Üzülüb gedirəm, Allah!

Diqqətli oxucularımız sitat gətirdiyim şeir nümunələrindən aydın sezə, görə bilərlər ki, dərd mövzusu Sabir Sarvan yaradıcılığında tamam başqadır. O, şeirlərində kədəri, qəmi özünkülləşdirir. Dərdlə öz "balası, "yaxını"  kimi ünsiyyət qurur. Dərdini yanında öz dostu, sirdaşı bilir. Bax, elə ona görə də Sabir Sarvan yaradıcılığı ürəklərdə əks olunub. Onun şəxsiyyətiylə, yaradıcılığı arasında üzvi vəhdət var idi. Bir sözlə, şəxsiyyəti ilə yaradıcılığı bir-birini tamamlayırdı. Sabir Sarvan təkcə  dərd mövzusunda ciddi ədəbi nümunələr yaratmayıb. Ümumiyyətlə, o, hər mövzuda ciddi ədəbi nümunələr yaradıb.
Saxta təbəssümlü adamları, yalançı dostları şeirlərində ifşa eləyirdi. Haqq aşiqi idi. Haqlının yanında durub. Haqsızı özündən uzaqlaşdırmağı bacarırdı. Onunla ünsiyyətdə olan şəxslər deyir ki,  Sabir Sarvan həyatda necə insan idi  isə,  şeirlərində də həmçinin çox tələbkar insan idi. Çoxu kimi deyildi. Kimlərisə yalandan tərifləməzdi. Kiminsə istedadını görürdüsə onun yanında olurdu. Öz boğazından kəsirdi, həmin istedadlıya pul xərcləyirdi, kitablarını dərc edirdi. Həmin istedadlı şəxsi alınaçıqlığıyla, üzağlığıyla nüfuzlu şəxslərə təqdim edirdi. Deyirdi ki, bu istedadlı şəxslə ədəbiyyatımız qazanır.
Sabir Sarvan həm də gözəllik vurğunu idi. Təbiəti çox sevirdi. Bənövşə gülünə aid saysız-hesabsız şeirlər həsr edib. O şeirlərdən bir bəndin oxucularımızın nəzərinə çatdırıram.

Duruşu həyalı,baxışı incə,
Bir üzü gül idi, bir üzü qönçə.
Yandırıb - yaxacaq məni ölüncə,
Mən o bənövşəni niyə dərmədim?!

Sabir Sarvanın şeir dili, bənzətmələri, şeirindəki təşbehlər də danışan insan kimidi.
Şeirdə bənzətmələrin gözəlliyi adama şövq verir. Şair bənövşə gülünü həyalı, abırlı, ismətli bir qıza bənzədir. Rəhmətlik Arif Əmrahoğlu demişkən, Sabir Sarvan " Ovqat, hiss şairi idi".
Həqiqətən də ovqatımızın yaxşı olan və ya yaxşı olmayan vaxtlarında Sabir Sarvan yaradıcılığına müraciət edə bilərik. Hər misrasında, sətrində özümüzü tapmış oluruq. Elə bil hər şeirində bizim həyatımızı yazıb. Ona görə deyiblər ki, şairlərdə bəsirət gözü açıq olur, şairlər gələcəyi görürlər. Əlbəttə, söhbət Sabir Sarvan kimi əsl şairlərdən gedir ki, onlar özlərindən sonrakı illəri də - tək bu günü yox, sabahı yox, gələcəyi də qələmə alıblar.
Sabir Sarvan  şeirlərinin çox böyük fəlsəfəsi var. Çox istərdim ki, ədəbiyyatşünaslar, tənqidçilər böyük şairimizin şeirlərini təhlil eləsinlər. Bütün şairlərin yaradıcılığında olduğu kimi, gənclərin çox sevdiyi sevgi mövzusu da şairin yaradıcılığında qırmızı xəttlə keçir.

SEVƏRSƏN

Mən gedirəm...day yanında qalmaram
Sən yanında qalanları sevərsən.
Deyirsən ki, "ürəyincə deyildim",
Ürəyincə olanları sevərsən.

Sevgibazlar dəryasında gəmin kəm,
Qoy olmasın həmdəmin kəm, dəmin kəm,

Doğru sənə acı gəldi? - Qəmin kəm,
Dili ballı yalanları sevərsən.

Yan - yörəndə gəzən çoxdu, bilirəm,
Üzdə guya gözün toxdu...bilirəm,
Aşkar işlə aran yoxdu, bilirəm,
Gizlinləri. dalanları sevərsən.

Su çuxuru, çuxur suyun tapacaq,
Armud gördü ayı oyun tapacaq,
Müxtəsəri, taylı tayın tapacaq,
Filan. filan.. filanları sevərsən.

Şairin yaratdığı ədəbi nümunələrin hər biri çox gözəl, gələcək nəsillərə ötürülə biləcək şeir, söz nümunələridir.
Sabir Sarvan sözün duru yerindən "şeir balıqları" tuturdu.Həssas insan idi. Ədalətsizliyə dözümü yox idi.Şəxsiyyət kimi bəyənmədiyi insanın da uğurlu misrasına sevinib,təbliğ edən adam idi.Kövrək insan idi.İnsanların həssas yerini duyurdu.Şeirlərində də heç kəsin ağlına gəlməyən məqamlar var.Şeir onun üçün hər şey idi; atasıydı,anasıydı,balasıydı,yarıydı,həmdəmiydi,həmdərdiydi.Sabir Sarvan dünyaya şair gəldi,dünyadan köçəndə də şairanə,elə Sabiranə köçdü.Gedişi də qəfil oldu.Lap elə gözləmədiyin vaxt kimi,arzulamadığın məkan kimi.Bu dünyada heç nəyə yaramayan adamlar ölür...Sabir Sarvan bu dünyanın nəbzini tutmağı bacarmasa da,amma hardan ağrıdığını,hardan yandığını duya bilən söz adamıydı.

"Həyat yoldaşı Zərnigar xanımın söylədiyinə görə, həkim ondan son istəyini soruşduqda, Sabir Sarvan dərindən ah çəkərək: “Ölüm məni qorxutmur, torpaqdan gəlmişik, torpağa da qovuşacağıq.  Amma bir arzum var, kaş ki, Qarabağı azad görüb öləydim.” Həkim təəccüblə üzünə baxaraq, sən Qarabağlısanmı?- deyə soruşduqda isə, Sabir Sarvanın cavabı qısa və sərt olub: “Mən Azərbaycanlıyam. Bunu istəmək üçün Qarabağlımı olmalıydım"?!

Müəllifdən. [F.B] Kaş Qarabağın azad olmasını görəydi. Allah bilir o zaman hansı hissləri keçirərdi. Qarabağın azadlığı naminə neçə -neçə ədəbiyyat nümunələrini yaradardı. Təəssüf, min təəssüf. Ruhu şad olsun!!! 

Son söz əvəzi:  Yazını bitirib Sabir Sarvanın " Vəsiyyət" şeirini Ağalar Bayramovun ifasında bir də dinləyirəm.Və öz- özümə dodaqaltı pıçıldayıram.İlahi,adam da bu qədər öz ölümünü yaxından duyar və belə doğmalaşa bilər?!

Vəsiyyət

Məni kəndimizdə basdırarsınız,
Bir az yola yaxın, hənirə yaxın.
Bitər qəbrim üstə küskün bənövşə,
Gələr qulağıma şırşırı arxın.

Arxamca kölgəmi asıb - kəsənlər,
Təzə qeybətlərdən usanmasınlar.
Çalışdım bir ömrü elə yaşayım,
Adımı ananlar utanmasınlar.

Könüllü çəkmədim zəhrimar dərdi,
Neylədim, yapışdı dördəlli məndən.
Qurtulmaq istədim əlindən, amma,
Hər dəfə tərpəndi dərd əlli məndən.

Gözümün nurunu kağıza verdim,
Dizimin gözünü daşlar apardı.
Bir sıxma dən idi ömrüm elə bil,
Töküldü ovcumdan, quşlar apardı.

Məni döyüşçütək xatırlasın qoy,
Dostlarım adımı tutsalar haçan.
Çarpışdım əcəllə ta aramızda,
Bir tük qədərincə yer qalanacan.

Arxayın tapşırın məni torpağa,
Üzü soyuqsa da, daşürək deyil.
Məni qoy itirən quşlar ağlasın,
Özgə gözdən çıxan yaş gərək deyil.

Bu dünya zalıma meydan verəndi,
Fağırı gəlib ki, bağrı qan ola.
Bir gün gətirəndə kim soruşdu ki,
Bir gün aparanda sorușan ola?!

Sıxılar doğmalar biri - birinə,
Baș - bașa söykənən qarğılar kimi.
Qanlı misralarım yadigar qalar,
Yaradan açılan sarğılar kimi.

Məni kəndimizdə basdırarsınız,
Dədəmin - babamın qəbrinə yaxın.
Bitər qəbrim üstə küskün bənövşə,
Gələr qulağıma șırşırı arxın.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:44
embedMənbə:https://adalet.az
archiveBu xəbər 19 Dekabr 2024 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see149

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see141

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see137

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see132

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see131

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see128

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see126

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see126

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see122

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see121

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see121

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see120

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see119

Rusiyanın ən çox miqrant uşaqların yaşadığı 3 regionun adı çəkilib

13 Aprel 2025 22:56see116

Laçına enən ilk təyyarə bu ölkəyə məxsus olub

13 Aprel 2025 19:48see116

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see114

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see112

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see111

Mourinyo yenidən Realı çalışdıra bilər

14 Aprel 2025 13:31see109

Məhkəmədə Robert Köçəryan ifşa olundu

14 Aprel 2025 23:43see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri