“Bentley Baku” Rəşad Mehdiyevin yeni əsərlərini təqdim edib
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 1 may, AZƏRTAC
“Bentley Baku” “Art in Motion” simvolik ad altında Rəşad Mehdiyevin fərdi sərgisini təqdim edərək, yüksək incəsənət ilə dərin fəlsəfənin qovuşduğu məkana çevrilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva sərgini ziyarət ediblər.
Bu sərgi statik düşüncə anı ilə insanın daxili transformasiyasının davamlı axını arasındakı incə sərhədin tədqiqidir. Müəllifin diqqət mərkəzində metamorfozlar dünyası dayanır; burada qəhrəmanların düşüncələri və arzuları fiziki formaya çevrilərək insan mahiyyətinin davamı kimi çıxış edir və sərhəd tanımayan daxili aləmin zənginliyini simvolizə edir.
Ekspozisiyaya olan yüksək maraq, Azərbaycan müasir mədəniyyəti fonunda Rəşad Mehdiyevin yaradıcılığının dəyərini aydın şəkildə ortaya qoyub.
“Art in Motion” təbii estetika ilə dərin simvolizmi birləşdirir. Burada hər bir əsər və hər bir forma fantaziyanın həyatın yeganə həqiqi meyarına çevrildiyi reallığa açılan portal kimi təqdim olunur. Müəllifin rəngkarlıq ustalığı ilə heykəltəraşlıq baxışının sintezi sərgini vahid canlı instalyasiyaya çevirərək müasir Azərbaycanda gözəlliyin və yaradıcı düşüncənin təntənəsini əks etdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 01 May 2026 21:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















