Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

Rəşad Mehdiyevin “Əbədiyyətin səsi” əsəri Şuşada ucaldılıb

Rəşad Mehdiyevin “Əbədiyyətin səsi” əsəri Şuşada ucaldılıb

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Şuşanın müqəddəs məkanında — Azərbaycan ruhunun qalası və Türk dünyasının mədəniyyət paytaxtında “Əbədiyyətin səsi” adlı monumental heykəltaraşlıq kompozisiyası ucaldılıb.

XQ xəbər verir ki, bu əzəmətli abidə tarın — memarlığı və səsi Azərbaycan millətinin genetik yaddaşının və mental landşaftının fövqündə dayanan bir yaradıcı alətin dərin plastik və fəlsəfi dərkidir.

Bədii nöqteyi-nəzərdən bu kompozisiya klassik monumentalizm, metamodernizm və sehrli realizmin sinergiyasının nümunəsidir. Əməkdar rəssam Rəşad Mehdiyev birbaşa etnoqrafik nüsxələmədən uzaqlaşaraq, hər bir qıvrımın və materialın dərin semiotik yük daşıdığı xalis konseptual forma müstəvisinə keçid edir.

Monolit əsasdan doğan tar silueti statiklikdən uzaqdır. Onun zərif, dəqiq ölçülüb-biçilmiş xətləri rəvan şəkildə hava və işıqla dolu olan boş fəzaya qovuşur. Bu “mənfi həcm” (vakuumizm) priyomu Şuşanın öz atmosferinin və landşaftının kompozisiyanın tamhüquqlu həmmüəllifinə çevrilməsinə imkan yaradır.

Alət səsin ilahi təbiətini və kamil harmoniyasını simvolizə edən nəcib, axıcı bir plastikada həll olunub. Kompozisiyanın əks qütbündə isə fəza dəhlizindən keçən simlər ağac tacının ekspressiv, teksturlu memarlığına transformasiya olunur. Sındırılmış, qabarıq şəkildə relyefli budaqlar göyə ucalan titonik əlləri xatırladır. Musiqi formasının qüsursuz hamarlığı ilə ağacın ekspressiv, demək olar ki, barokko üslublu teksturası arasındakı bu təzad, zəfər dolu inkişafın katarsisi ilə nəticələnən güclü vizual gərginlik yaradır.

Əsərin fəlsəfi karkası zaman, kəsilsizlik və transsendentlik kateqoriyalarını tədqiq edir. Tar burada cansız bir əşya kimi deyil, bir arxetip, mənəvi enerjinin ilkin mənbəyi kimi çıxış edir.

Simlərin ağac budaqlarına çevrilməsi ruhun maddiləşməsinin güclü metaforasıdır. Müəllifin ideyasına görə, musiqi fəzada yox olmur, o, kök ata bilən, əsrləri yarıb keçən və reallığı transformasiya etmək iqtidarında olan bir sıxlığa malikdir. Bu, əbədi qayıdış və yaradıcı enerjinin fasiləsiz axını konsepsiyasının vizual təcəssümüdür.

Tarın çanağından boy verən Həyat ağacı milli mədəniyyətin Qarabağ torpağında gədim köklərin rəmzidir. Əsrlər boyu Şuşada doğulmuş muğamlar və melodiyalar xalqın ruhunu qidalandıran, hər hansı bir tarixi fırtınalar qarşısında ona ekzistensial dözümlülük bəxş edən canlı arteriyalar kimi göstərilib.

Heykəl müasir tarın taleyini kökündən dəyişdirmiş islahatçı Mirzə Sadıq Sadıqcanın tamamilə yenidən qurulmuş saray-muzeyinin həyətində ucaldılıb.

XIX əsrdə məhz Sadıqcan inqilabi bir sıçrayış etdi: o, ənənəvi tarın strukturuna yenidən baxaraq simlərin sayını 5-dən 11-ə qaldırdı, gövdəni yenidən qurdu və aləti diz üstündən musiqiçinin sinəsinə ucaltdı, bununla da ona yeni, misilsiz dərəcədə güclü və pərvazlanan bir səs bəxş etdi.

Heykəltaraşlıq kompozisiyası bu musiqi inqilabının vizual abidəsinə çevrilir. Güclü bir tac şəklində göyə doğru şaxələnən simlər — Azərbaycan muğamının inkişafına təkan verən plastik ekvivalentdir və sübut edir ki, əsl novatorluq hər zaman əbədi klassikaya çevrilir.

“Əbədiyyətin səs” abidəsinin ucaldılması və Sadıqcanın mülkünün bərpası sadəcə keçmişə ehtiram rüsumu deyil, ölkə rəhbərliyinin Qarabağın mənəvi və fiziki intibahına yönəlmiş irimiqyaslı strategiyasının mərkəzi mərhələləridir.

Prezident İlham Əliyevin Şuşaya səfəri zamanı bu mühüm obyektin dövlət başçısına təqdim edilməsi layihənin ali dövlət statusunu vurğulayır.

Dövlət başçısının himayəsi ilə Şuşa sadəcə bərpa olunmur o, bütün Türk dünyasının qlobal mədəniyyət mərkəzi kimi təsdiqlənir. Bu kontekstdə abidə güclü ideoloji və manifestar ismarış daşıyır.

Yenidən doğulan Şuşanın mərkəzində simlərdən boy atan ağac — Azərbaycan rəhbərliyinin azad olunmuş torpaqların regenerasiyası istiqamətində göstərdiyi titanik fəaliyyətin birbaşa vizual sinonimidir. Bu, dağıdıcılığa qalib gələn həyatın və unudulma izlərini silən quruculuğun manifestidir.

Prezidentin Qarabağın mədəniyyət ocaqlarının bərpasına göstərdiyi şəxsi diqqət bir daha təsdiqləyir ki, milli irs və onun rəmzləri müasir, dinamik inkişaf edən Azərbaycan dövlətinin suverenliyinin, qürurunun və gücünün sarsılmaz təməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 İyul 2026 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see487

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see469

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see450

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see322

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see310

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see282

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see264

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see258

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see249

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see242

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see234

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see222

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see215

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see214

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see210

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see209

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see203

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see188

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see186

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri