Icma.az
close
up
RU
“Bənzər görüşlərin yaxın zamanlarda baş tutması istisna deyil”

“Bənzər görüşlərin yaxın zamanlarda baş tutması istisna deyil”

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə görüş baş tutdu. Ermənsitan - Azərbaycan sülh gündəliyinin reallaşdırılması istiqamətində bu görüş vacib idi. Görüşdə vasitəçi və ya xarici aktorların iştirakı olmadan, liderlərin təkbətək və geniş tərkibdə apardığı danışıqlar formatı diplomatik prosesin keyfiyyətini və dərinliyini artıran əsas faktor idi. Görüşün təxminən beş saata qədər davam etməsi və ardınca hər iki ölkənin Xarici İşlər Nazirliklərinin səsləndirdiyi pozitiv mesajlar göstərdi ki, danışıqlar konstruktiv atmosferdə keçib. Bu, həm də onu sübut edir ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün birbaşa təmaslar daha effektiv və məhsuldardır. Müqayisə üçün deyim ki, Brüssel, Moskva və ya Vaşinqton platformalarında keçirilən görüşlərdə müşahidə olunan kənar təsirlərin burada olmaması danışıqlara daha real, siyasi cəhətdən rasional və kompromisə açıq zəmin yaradıb. Azərbaycan tərəfinin uzun müddətdir irəli sürdüyü əsas diplomatik tezislərdən biri də elə bu idi: vasitəçilərsiz, ikitərəfli formatda aparılan danışıqlar nəticə gətirə bilər. Əbu-Dabi görüşü həm də bu tezisin praktik təsdiqi idi”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib.

T.Rzayev ölkə başçımızın fikirlərini xatırladaraq qeyd edib ki, Prezident İlham Əliyev dəfələrlə bildirmişdi ki, iki ölkə lideri birbaşa dialoq qurduğu zaman daha səmərəli və konstruktiv qərarlar əldə edilir: “Əvvəllər baş tutmuş üçtərəfli görüşlərdə bəzi xarici aktorların maraqları, prosesə selektiv müdaxilələr və siyasi təzyiqlər situasiyanı süni şəkildə gərginləşdirirdi. Əbu-Dabi görüşü həmçinin göstərdi ki, Azərbaycan danışıqların yalnız formatını deyil, eyni zamanda gündəliyini də real regional reallıqlara əsasən formalaşdırır. Müzakirələrdə sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiya xətlərinin açılması, qarşılıqlı suverenliyin tanınması və gələcək münasibətlərin hüquqi çərçivəyə salınması əsas prioritetlər idi. Düzdür, danışıqlar nəticəsində konkret sənədin imzalanmaması neqativ məqam kimi görünsə də bu mərhələdə razılaşdırılmış mexanizmlərin və qarşılıqlı anlayışın mövcudluğu kifayət qədər müsbət siqnaldır. Çünki belə yüksək səviyyəli siyasi dialoqlarda hər addımın hüquqi sənədə çevrilməsi yox, strateji etimadın formalaşdırılması önəmlidir”.

Siyasi şərhçinin sözlərinə görə, Əbu-Dabi danışıqları bir daha sübut etdi ki, ATƏT-in Minsk Qrupunun ləğvi mütləqdir: “Tərəflər yaxın gələcəkdə bu qrupun de-yure buraxılması ilə bağlı birgə razılaşmaya gələ bilər. Bu, həm də postmünaqişə dövrünün yeni hüquqi arxitekturasının formalaşmasına bir növ təkan verəcək. Bütün bu faktorların fonunda Azərbaycanın mövqeyi kifayət qədər aydındır. Bakı diplomatik təşəbbüsləri ələ almaqla yanaşı, real gündəliyin formalaşmasına və prosesin institusional əsaslara oturdulmasına çalışır. Azərbaycanın yanaşması, regionda davamlı sülhün yalnız beynəlxalq vasitəçilərin deyil, birbaşa tərəflərin siyasi iradəsi ilə təmin edilə biləcəyi üzərində qurulub. Bu yanaşma təkcə Azərbaycanın maraqlarını deyil, həm də ümumilikdə regionun sabitliyini və gələcəyini təmin etmək məqsədi daşıyır. Əlbəttə ki, prosesin gələcək dinamikası bir çox amillərdən asılı olacaq. Həm Ermənistan daxilindəki siyasi sabitlik, həm də beynəlxalq güc mərkəzlərinin bu prosesi nə dərəcədə dəstəkləyəcəyi həlledici rol oynayacaq. Lakin ən önəmlisi, bu görüş sübut etdi ki, Cənubi Qafqazda sülh mümkündür. Yetər ki, tərəflərə müdaxilə edilməsin, qərarları özləri versin, prosesi özü yönləndirsin. Yaxın zamanlarda bənzər görüşlərin baş tutması da istisna deyil”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 11 İyul 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see407

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see318

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see298

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see292

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see279

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see278

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see271

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see269

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see267

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see244

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see231

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see225

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see223

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see222

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see222

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see219

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see215

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see210

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see209

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri