Benzia niyə “Turan Tovuz”a gəlmədi? Səbəb bəlli oldu
sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Turan Tovuz"un "Qarabağ"ın sabiq futbolçusu Yassin Benzia ilə maraqlanmasının detalları bəlli olub. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
Belə ki, Qərb təmsilçisi 32 yaşlı yarımmüdafiəçinin nümayəndələri ilə əlaqə saxlayıb.
Lakin əlcəzairli futbolçu Tovuz klubunda çıxış etmək istəmədiyini bildirib. Tərəflər maaş məsələsində razılıq əldə edə bilməyiblər.
Benzia transferində uğursuz olan qərblilər məcburiyyətdən "Sumqayıt"dan Aleksa Yankoviçlə anlaşa bilib.
Xatırladaq ki, Yassin Benzia 2023-2025-ci illərdə "Qarabağ"da çıxış edib.
Baxış sayı:155
Bu xəbər 14 Sentyabr 2026 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















