“Turan”dan “Turan Tovuz”a qədər
Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
Azərbaycan Premyer Liqasının 2024/25 mövsümünün ilk turu daha bir legioner baş məşqçinin debütü ilə əlamətdar olub.
Futbolpress.az xəbər verir ki, Kurban Berdıyev “Turan Tovuz”un “sükanı arxası”nda debüt edib.
Rusiyalı mütəxəssisin yetirmələri “Neftçi” ilə səfər matçında bir xal qazanıblar – 0:0. Berdıyev Azərbaycan çempionatları tarixinə 64-cü legioner baş məşqçi kimi düşüb. Onadək 63 əcnəbi baş məşqçi və ya bu vəzifənin müvəqqəti icraçısı kimi komandasına rəhbərlik edib.
Berdıyev “Turan Tovuz”un tarixinə ilk legioner baş məşqçi kimi düşüb. Azərbaycan çempionatları tarixinin ilk əcnəbi mütəxəssisi isə Tovuzun digər təmsilçisi “Turan”a rəhbərlik edib. 2001/02 mövsümündə Naci Şensoy qərblilərin “sükanı arxası”nda olub.
Baxış sayı:132
Bu xəbər 16 May 2026 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















