Benzin ucuzlaşdı, aksiz vergisi endirimi qüvvəyə mindi İsraildə...
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İsraildə benzinin aksiz vergisinin növbəti dəfə aşağı salınması barədə qərar rəsmən qüvvəyə minib. Ölkənin Maliyyə naziri Betsalel Smotriç tərəfindən imzalanan yeni sərəncama əsasən, yanacağın qiyməti əhəmiyyətli dərəcədə aşağı düşüb.
Moderator.az bu haqda İsrail mediasına istinadl xəbər verir.
Oktyabrın 5-nə keçən gecədən etibarən qüvvəyə minən qərara əsasən, yanacaq tarifləri aşağıdakı kimi tənzimlənib:
95 oktanlı benzin:
Özünəxidmət yanacaqdoldurma məntəqələrində 95 oktanlı benzinin bir litrinin maksimum qiyməti 50 aqorot ucuzlaşaraq rekord hədd olan 8,27 şekeldən 7,77 şekelə düşüb.
Operator xidməti:
Yanacaqdoldurma məntəqələrində operator xidmətindən istifadə etdikdə hər litr üçün əlavə ödəniş 26 aqorot təşkil edir.
Eylat şəhərində xüsusi tarif: Bu zonada benzinin litri 43 aqorot ucuzlaşaraq 6,58 şekelə enib. Operator xidməti üçün əlavə ödəniş isə 22 aqorotdur.
Maliyyə Nazirliyində fikir syrılığı və seçki faktoru...
Yerli iqtisadi media orqanları bu addımın sırf seçkiqabağı xarakter daşıdığını vurğulayır. Aksiz vergisinin müvəqqəti azaldılması müddəti oktyabrın sonunda — ölkədə keçiriləcək parlament seçkilərindən dərhal sonra başa çatacaq.
Maliyyə Nazirliyinin peşəkar ekspert qrupu və rəsmi əməkdaşları büdcə gəlirlərinin azalması riskinə görə bu əlavə vergi endiriminə kəskin şəkildə qarşı çıxsalar da, nazir Smotriç sentyabr ayındakı 50 aqorotluq ilk endirimdən sonra növbəti dəfə bu addımı atmağa qərar verib.
S.Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 05 Oktyabr 2026 09:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















