Icma.az
close
up
RU
Benzin dizel maşınları da bahalaşacaq Aksiz vergisi artırılıb

Benzin dizel maşınları da bahalaşacaq Aksiz vergisi artırılıb

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verildiyi kimi, 2026-cı ildən etibarən Azərbaycana xaricdən gətirilən avtomobillər üçün vergi və gömrük güzəştləri ləğv edilir.

Bir qədər əvvəl hibrid avtomobilləri üçün güzəştlərin uzadılmayacağı elan edilib. İki gün əvvəl isə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov elektriklə işləyən avtomobillərin də gələn ildən ƏDV-yə cəlb olunacağını elan edib. Bütün bunlar 2026-cı il üzrə dövlət büdcəsi layihəsi çərçivəsində Vergi Məcəlləsi və digər qanunlara edilən dəyişikliklərdə nəzərdə tutulub.

Bu avtomobillərlə yanaşı, ənənəvi, yəni daxili yanma mühərriki ilə işləyən benzin-dizel avtomobilləri üçün də vergilər artırılıb.

Söhbət buraxılış ilindən 7 il və daha artıq vaxt keçmiş (7 ildən köhnə) avtomobillərdən gedir.

Vergi Məcəlləsinə ediləcək dəyişikliyə əsasən, ölkəyə gətirilən avtomobillərə görə aksiz vergiləri hesablanarkən, 7 ildən köhnə olan avtomobillər üçün əmsallar artırılıb.

Əvvəllər benzin və dizel avtomobilləri üçün artım əmsalları müvafiq olaraq 1,2 və 1,5 olduğu halda, indi bu rəqəm müvafiq olaraq benzin avtomobilləri üçün 1,5-ə, digəl avtomobilləri üçün isə 2-yə qaldırılıb.

Nəticədə, istehsal tarixi 7 ildən əvvəl olan maşınların aksiz vergiləri xeyli artıb. Aksiz vergiləri avtomobilin mühərrikinin həcmi əsasında hesablanığına görə, daha iri mühərriklərdə artım daha çox hiss olunur.

Belə ki, indiyədək xaricdən idxal edilən 7 ildən köhnə 2 litrlik mühərriki olan benzin avtomobilinə hesablanan aksiz vergisi 720 manat olduğu halda, 2026-cıildən bu məbləğ 900 manata yüksələcək, yəni 180 manat olacaq.

2,5 litr həcmi olan mühərriklərdə bu rəqəm 3720 manatdan 4650 manata artacaq, yəni 930 manat yüksələcək. 3 litrlik avtomobillər üçün aksiz vergisi təqribən 1700 manat, 3,5 litrlik üzrə isə təqribən 4 min manat artacaq. İri mühərrikli maşınlarda aksiz vergisinin daha sürətli artması baş verəcək. Məsələn, 5 litrlik maşınların aksiz vergisi indiki 73 min manatdan 91 min manata yüksələcək.

Eyni qaydada, yaşı 7-dən artıq olan dizel maşınlarının da aksiz vergiləri artacaq. Belə ki, 2 litrlik avtomobillər üçün aksiz vergisi 900 manatdan 1200 manata (artım 300 manat), 3 litrlik maşınlarda 8400 manatdan 11200 manata (artım 2800 manat) və sair yüksələcək.

İri mühərrikli maşınlarda aksiz vergisinin daha sürətli artımı baş verəcək – 5 litrlik dizel mühərrikli maşınların aksiz vergisi 91 min manatdan 121 min manata yüksələcək (artım 30 min manat). 5,5 litrlik maşınların aksiz vergisi isə bu məbləğ 151 min manatdan 201 min manata yüksələcək, yəni 50 min manat artacaq.(fed.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 06 Noyabr 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri