Icma.az
close
up
RU
Berbok Bakıda bahalı butiklərdə alışveriş edir Şok

Berbok Bakıda bahalı butiklərdə alışveriş edir Şok

Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.

Almaniya xarici işlər naziri Annalena Berbokun Bakıya səfəri bir neçə məqamla diqqəti çəkir.

Teleqraf.com Axar.az-a istinadla xəbər verir ki, Berbokun COP29 konfransı üçün Bakıya seçdiyi marşrutun özü belə təəccübləndirdi. Belə ki, əvvəlcə o, Ermənistana səfər etdi və erməni həmkarı ilə görüşərək, “regional” məsələlərin müzakirəsini apardı.

Niyə Bakıya İrəvandan gəlməlidir? Axı Bakıya rəsmi səfərə gəlmir, bura gəlməsinin səbəbi yalnız COP29 konfransında iştirak etməkdir. Belə olan halda “balansı qorumaq” üçün əvvəlcə Ermənistana getmək hansı məntiq və diplomatiya ilə izah edilə bilər?

Berbokun Bakıya səfəri və buradakı bəyanatları göstərdi ki, əslində, onun məqsədi qətiyyən COP-da təklif və təşəbbüslərlə çıxış etmək yox, məhz siyasidir və bunu da İrəvana səfərlə elan edib.

Məhz Berbokun Bakıdakı bəyanatlarına erməni mediasının diqqət göstərməsi də bəzi ehtimallara yol açır. Berbok konfransda iqlim müzakirələri və Almaniyanın mümkün öhdəlikləri əvəzinə Azərbaycanda insan haqları mövzusunda danışmaqla “fərqlənir” və erməni mediasına və dünyadakı erməni şəbəkəsinə bolluca "material" verir.

Azərbaycanda insan haqları mövzusu tabu deyil, sadəcə, bu, Avropadakı bəlli bir dəstənin Bakıda keçirilən konfransa mane olmaq, onun əhəmiyyətini azaltmaq və bəzi ölkə liderlərinin COP29-a qatılmasının qarşısını almaq üçün “təzyiq vasitəsi” kimi sui-istifadə alətinə çevrildi. Bu baxımdan Bakıya gələn istənilən rəsminin burada müzakirəyə çıxarılan qlobal iqlim problemini bir tərəfə qoyaraq, tamamilə başqa “mövzuya” meyil etməsi qətiyyən birmənalı qarşılanmır. Xüsusilə bu, Almaniya xarici işlər naziridirsə.

Almaniya dünyanın inkişaf etmiş ölkəsi olaraq bu konfransda daha böyük məsuliyyətlə iştirak etməli və digər ölkələrin, xüsusilə iqlimlə bağlı layihələr həyata keçirmək üçün maliyyə ehtiyacı olan dövlətləri səsini dinləməliydi. Əvəzində isə Annalena Berbok COP29 müzakirələrində gərginlik yaradır, qeyri-diplomatik cavablar verir və Bakıda mətbuat konfransı keçirib, “insan haqlarından” danışır, səfərinin təyinatına qətiyyən uyğun gəlməyən görüşlər keçirir – o cümlədən Qərbin Azərbaycandakı şəbəkəsi ilə.

Eyni zamanda, aldığımız məlumata görə, Berbok Bakıda bahalı butiklərdə alış-verişlə məşğuldur, qaldığı oteldə isə “masaj prosedurları” qəbul edir.

Yeri gəlmişkən, Annalena Berbokun Bakıda olarkən şəxsi həyatından dolayı narahatlıq yaşadığı da üzə çıxdı. Bəlli oldu ki, 17 il birgə yaşadığı ərindən ayrılmaq qərarına gəlib və bundan sonra övladlarının xətrinə əri ilə bir evdə yaşamağa davam etsə də, faktiki olaraq “tənha həyat” keçirəcək. Ola bilsin ki, bu psixoloji gərginlikdən dolayı masaja və sakitləşməyə ehtiyac duyur, həmçinin “ən gözəl antidepresion alış-verişdir” düşüncəsini tətbiq edir. Ancaq Berbok həyat yoldaşından ayrılan və düşdüyü depressiyadan qurtulmaq üçün gözəl və günəşli “cənub şəhərinə” istirahətə gələn turist deyil, Bakıda keçirilən BMT tədbirində böyük bir ölkəni təmsil edən xarici işlər naziridir. Bu baxımdan 44 yaşlı xanım Annalena şəxsi həyatının fəsadlarının siyasi meydanda aqressiv impulslarla müşahidə olunmasının ölkəsinə başucalığı gətirmədiyinin fərqinə varmalıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 23 Noyabr 2024 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see320

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see311

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see294

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see279

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see228

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see228

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see223

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see218

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see209

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see208

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see204

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see203

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see197

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see196

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see192

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see188

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see180

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see168

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see165

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri