Icma.az
close
up
RU
Menu

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

Bərdədə 40 yaşlı kişi sevgilisini öldürdü: “Güneli vurmamışam, özüözünə...” Şok təfərrüat

Bərdədə 40 yaşlı kişi sevgilisini öldürdü: “Güneli vurmamışam, özüözünə...” Şok təfərrüat

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bərdə rayonunda 1984-cü il təvəllüdlü Orxan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qeyri-rəsmi münasibətdə yaşadığı Güneli (adlar şərti göstərilib – red.) qətlə yetirib.

Orxan ötən ilin martın 29-da saat 23 radələrində Bərdə şəhərində işlətdiyi kafedə qeyri-rəsmi nikah münasibətlərində yaşadığı, hamilə olan Günellə onun həmin gün Yevlax şəhərinə, əvvəlki ərindən olan uşaqlarını görmək üçün getdiyinə görə mübahisə edib.

Orxan həmin kafenin qarşısında Günelə əli ilə zərbələr yetirib. Sonra onu yerə yıxaraq saçından tutub və kafeyə doğru yerdə sürüməklə ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Daha sonra Güneli kafenin mətbəxinə gətirib və qapını qıfıl ilə həyətdən bağlayaraq adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etdikdən sonra Günelin anası İradəyə zəng vurub. Günelin həmin gün onun yanında olub-olmamasını soruşaraq qızı haqqında ona irad bildirib.

Bu zaman Orxan Günelin balta ilə mətbəxin qapısına vuraraq, qapını açmağa çalışmasını görüb və telefonu məşğul verərək kafenin qapını açıb. Qapını açdıqda Günelin cəld şəkildə çıxaraq qaçmağa cəhd etməsindən əsəbiləşib. O, Güneli öldürmək qərarına gəlib və cinayətkar niyyətini həyata keçirmək məqsədilə yanındakı stolun üzərində olan mətbəx bıçağını əlinə götürərək Günelə zərbələr vurub. Günel aldığı zərbələrdən ölüb.

İstintaq orqanı tərəfindən Orxanın barəsində Cinayət Məcəlləsinin 120.2.8 (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə), 128 (qəsdən sağlamlığa zərər vurma) və 145.2.2-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham elan edilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Orxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Günel ilə təxminən hadisədən 6 ay əvvəl tanış olub: “Günellə birlikdə yaşadığımız müddət ərzində gah onun anasının Bərdə şəhəri, Təzə Məhəllə adlanan yerdə olan həyət evində, gah da mənim kənddə yerləşən kirayəyə götürdüyüm evdə qalmışıq. Günellə qeyri-rəsmi nikah münasibətdə olmuşam”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2023-cu il martın 29-da axşam saat 19 radələrində Günel onun Bərdə şəhəri, S.Vurğun küçəsində yerləşən işlətdiyi kafeyə gəlib və kefinin olmadığını deyib: “Biz bir qədər spirtli içki qəbul etdik. Həmin vaxt kafedə bizdən başqa heç kim olmayıb. Günellə bir qədər söhbət etdikdən sonra aramızda mübahisə yarandı. Həmin vaxt Günel qışqıraraq getmək istədi. Günel qapıdan çıxarkən onun arxası ilə getdim, kafenin həyətində onu tutaraq saxladım. Günel getmək istəsə də, ona imkan vermədim. Bu zaman Günel yerə yıxıldı. Mən Günelin saçlarından tutdum və sürüyərək onu kafenin içərisinə saldım. Günel getməsin deyə qapını çöl tərəfdən bağladım”.

Orxan qeyd edib ki, daha sonra Günelin anası İradəyə zəng vurub və ona qızının narahat olduğunu deyib: "İradə mənə qızının keçmiş həyatı barəsində danışmağa başladı və mübahisənin öz aramızda həll edilməsini dedi. İradə ilə kafenin həyətində telefonla danışarkən Günelin kafenin içərisini dağıtdığını, qapını, eləcə də pəncərəni balta ilə vurduğunu gördüm. Kafeyə girdim və Günelin sinə nahiyəsinədən qan çıxdığını gördüm. Bir qədər onun yanında durduqdan sonra kafedən çıxdım və bazarın yuxarısından Eldar adlı taksi sürücüsünü taparaq kafeyə gətirdim. Kafeyə daxil olduqda Günelin kresloda oturuqlu vəziyyətdə sinəsindən xeyli qan axdığını gördüm. Güneli avtomobilə mindirməyə gücüm çatmadığından taksi sürücüsündən onu avtomobilə mindirməyimə köməklik etməsini xahiş etdim. Eldar mənə kömək etdi, Güneli maşına mindirərək Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirdim. Xəstəxanada həkimlər Günelin vəziyyətinə baxdı və onun artıq vəfat etdiyini dedi. Mən Güneli vurmamışam, o, özü-özünə xəsarət yetirib. Mən sadəcə olaraq Güneli qapısı bağlı evdə saxlamışam. Daha sonra hadisə ilə bağlı Günelin anasına məlumat vermişəm və taksi taparaq xəstəxanaya aparmışam”.

Təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yaranıb. Bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib.

Orxan ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü qismən təqsirli bilib. O, Güneli öldürmək fikrinin olmadığını bildirib. İfadəsində göstərib ki, Bərdə rayonunun kəndində anası, atası və əvvəllər qeyri-rəsmi nikah münasibətindən olan, hazırda heç bir əlaqəsi olmayan qadından olan övladı Teymur adlı 14 yaşlı övladı ilə birlikdə yaşayıb: “Bərdə şəhərində yerləşən kafeni icarə əsasında işlədirəm. Həmin kafedə məndən başqa işləyən işçim yoxdur. Kafedə adətən çay verilir. Oranın demək olar ki, müştərisi az olduğundan həmin yeri tək özüm idarə etmişəm. Günel ilə təxminən hadisədən 6 ay əvvəl tanış olmuşam. Onunla tanış olduqdan sonra bilmişəm ki, 3 övladı var. Övladlarının atası ilə birlikdə yaşadığını dedi. Günellə birlikdə yaşadığımız müddət ərzində gah onun anası İradənin, gah da mənim kənddə yerləşən kirayə götürdüyüm evdə qalmışıq. Günellə qeyri-rəsmi nikah münasibətlərində olmuşam. Günel ilə birlikdə yaşadığım müddətdə onunla cinsi əlaqə olmuşam”.

İş üzrə zərərçəkmiş Günelin hüquqi varisi qismində ifadə verən anası İradənin sözlərinə görə, Orxan qızı Günel ilə 2 ay birlikdə onun evində yaşayıb: “Qızımın Orxandan hamilə olduğunu gördükdə əsəbləşdim və onların hər ikisini mənzilimdən qovdum. Günelə həmin uşağı götürməsini bildirsəm də, amma artıq gec olduğunu, Orxanın onu sevdiyini dedi. Onları evimdən qovduqdan sonra qızım ilə bir müddət əlaqə saxlamadım. Daha sonra telefonla qızım ilə əlaqə saxladım. Orxan Güneli öldürülməmişdən 10-15 gündən əvvəl onun işlədiyi kafeya qızımın yanına getmişəm. Orada qızımın hamilə olması və Orxanın qızıma yaxşı baxmaması səbəbindən onunla sözlü mübahisəm oldu. Mən Güneli evimə aparmaq istəsəm də, Orxan mənə mane oldu. Əgər qızımı apararamsa, onun ölüsünün buradan çıxacağını dedi. Mən də qorxduğum üçün qızımı aparmadım”.

İradə qeyd edib ki, hadisə baş verdiyi gün, 29 mart 2023-cü ildə, təxminən səhər saatlarında qızı onunla telefonla danışıb və yanına yaşadığı evə gəlib: “Evdə Orxanın onun barəsində bir plan cızdığını, son vaxtlar onunla yaxınlıq etmədiyini, ona qarşı münasibətinin dəyişildiyini dedi. Günelə getməməyini desəm də, o qarnını açaraq doğum vaxtının yaxınlaşdığını, Orxanın yanına getməli olduğunu dedi. Burada mənim yanımda olduğunu heç kimə, xüsusilə Orxana deməməyi tapşırdı. Günel məndən taksi pulu alaraq Orxanın yanına getdi. Həmin gün axşam təxminən saat 23-də Orxan mənim mobil telefonuma zəng vurdu və Günelin ona yalan danışdığını, Günelin bu gün yanımda olub-olmamasını soruşdu. Mən də qızıma söz verdiyim üçün Orxana Günelin yanımda olmadığını dedim. Həmin vaxt qızımın telefonda qışqıraraq səsini eşitdim. Qızımın “ana bura gəl, yoxsa, başqa şey olacaq” deyə eştidim. Dərhal qızımın səsi kəsildi. Mən Orxandan “Güneli öldürdün, Günel hanı” – deyə soruşdum. Lakin Orxan mənə qızımın başqa otağa getdiyini dedi. Həmin vaxt Orxanın Güneli öldürdüyünü bildim. Sonra nə qədər zəng vursam da, Orxan telefonu açmadı. Daha sonra məni xəstəxanaya çağırdılar. Hamilə vəziyyətində olan qızım Orxan tərəfindən öldürülüb”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Orxan 17 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, barəsində olan Cinayət Məcəlləsinin 120.2.8-ci maddəsi ilə günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Təqsirləndirilən şəxs iddia edib ki, zərərçəkmiş şəxsi vurmayıb, zərərçəkmiş şəxs özü-özünə xəsarət yetirməsi nəticəsində ölüb.

Onun cinayət işi baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya şikayətinin dəlillərini araşdıran hakimlər heyəti sonda qərar elan edib. Qərara görə, onun şikayəti təmin edilməyib. /Teleqraf.com/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Dekabr 2024 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see398

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see385

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see333

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see297

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see297

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see289

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see245

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see228

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see225

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see209

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see203

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see172

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see144

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see137

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see132

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see130

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see129

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see125

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri