Icma.az
close
up
RU
Bərdədə gənc oğlan sevgilisini döydü TƏFƏRRÜAT

Bərdədə gənc oğlan sevgilisini döydü TƏFƏRRÜAT

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Bərdə rayonunda 1996-cı il təvəllüdlü Şaiq şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qeyri-rəsmi münasibətdə olduğu Aysuya (adlar şərti verilib – red.) xəsarət yetirib. 
Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə 26 fevral 2024-cü ildə, saat 9 radələrində Bərdə rayonnun kəndlərindən birində baş verib. 
Şaiq kənddə yerləşən “təzə bazar” adlanan yerdə olan mağazada tanışı Aysu ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı əlində olan mobil telefonla onun üst dodaq nahiyəsinə qəsdən 1 dəfə vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 
Hadisəni törədən Şaiqin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şaiq ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. 
O, ifadəsində göstərib ki, zərərçəkmiş Aysunu tanıyır, onunla 4 ildir ki, qeyri-rəsmi birlikdə yaşayıb: 
“Fevralın 26-da Aysu ilə telefonda danışan zaman məni söyərək təhqir etdi, mənim nömrəmi blok etdi. Mən həmin vaxt Aysunun işlədiyi mağazaya getdim. Aysuya nə üçün nömrəmi blok etdiyini dedim. Aysuya mənimlə  danışa-danışa başqaları ilə də danışdığını dedim. Aysu bunun mənə aidiyyəti olmadığını, yaxşı etdiyini dedi. Aysuya dedim ki, əgər belədirsə, mən 500 manat kredit götürərək ona vermişəm. həmin pulu qaytarmasını, mənim də kreditimı bağlamasını dedim. Həmin vaxt Aysu pulu verməyəcəyini dedi”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Aysu ona əl atıb, Aysunun əli onun sol gözünün altına dəyib: 
“Mən həmin vaxt refleks olaraq əlimdə olan telefonu Aysunun üzünə vurdum. Telefon Aysunun üst dodağına dəydi, həmin vaxt onun dodağı qanadı. Aysu dodağının qanını kəsdi və məni hədələməyə başladı. Daha sonra oradan çıxdım. Aysunu vurmağımın səbəbi onun mənə əl atması nəticəsində əlinin gözümün altına dəyməsidir. Mənim heç bir xəsarətim yoxdur. Məhkəmə tibbi-ekspertizasından keçməyə ehtiyacım yoxdur. Etdiyim əməldən peşmanam. Aysu ilə barışmışam”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Aysunun sözlərinə görə, Bərdə rayonunda yerləşən “Təzə bazar” adlanan yerdə mağazada satıcı işləyir: 
“Şaiq mənim tanışımdır, biz 4 ildir ki, qeyri-rəsmi birlikdə yaşamışıq. Mənim Şaiq ilə heç bir qəsdi-qərəzliliyim və düşmənçiliyim yoxdur. Lakin son zamanlar Şaiqdən ayrılmaq qərarına gəldim və onun nömrələrini blok etdim”. 
Zərərçəkmiş qeyd edib ki, hadisə günü, saat 9 radələrində Şaiq ona yenə başqa nömrə ilə zəng edib və onlar telefonda danışıb: 
“Həmin vaxt Şaiqə yenə ondan ayrılmaq istədiyimi dedim. Telefon ilə danışanda aramızda yenə mübahisə oldu. Mən zəngi bitirdim, həmin nömrəni də blok etdim. Bir qədər sonra Şaiq işlədiyim mağazaya gəldi və mənimlə mübahisə etməyə başladı. Həmin vaxt ona ayrılmaq istədiyimi dedim. Lakin həmin vaxt Şaiq mənə guya kredit götürərək verdiyini dedi və həmin pulu məndən istədi. Həmin vaxt əsəbiləşdim və əlim ilə onu itələdim, özümdən kənarlaşdırmaqv istədim. Bu zaman əli onun sifətinə dəydi. Həmin vaxt Şəmisdan refleks olaraq əlində olan telefonla dodağıma vurdu. Bu zaman dodağım qanamağa başladı. Mən həmin vaxt dəsmalla dodağımı tutdum və Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək baş vermiş hadisə ilə bağlı məlumat verdim”. 
Zərərçəkmiş bildirib ki, təqsirləndirilən şəxs ilə barışıb, ondan heç bir şikayəti yoxdur. 
Zərərçəkmiş şəxs deyib ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilib. Buna görə də onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edib. 
Bu cinayət işinə Bərdə Rayon Məhkəməsində baxılıb. 
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Şaiqin barəsində olan cinayət təqibinə xitam verilib. 
O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Noyabr 2024 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda avtobusla toqquşan “Mercedes”in arxası “yoxa çıxdı” VİDEO

16 İyul 2026 15:32see380

Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib

16 İyul 2026 06:56see336

ABŞ “yaşıl kartı” 100 min dollara SATACAQ

16 İyul 2026 11:20see307

Rəhmanın dostu da dənizdə boğulubmuş Video

16 İyul 2026 23:19see292

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see289

Ərbakanın NATO sammiti ilə bağlı şərhi Ərdoğanı qəzəbləndirə bilər

16 İyul 2026 17:53see201

Gəmi kapitanı Səmədin nəşi tapıldı

16 İyul 2026 21:16see191

Anar Quliyev: Azərbaycanın 79 şəhərindən 68 i üçün baş planlar hazırlanıb

16 İyul 2026 09:17see188

Banqladeşdə qızılcadan ölənlərin sayı 779 a çatdı

16 İyul 2026 22:23see186

Məleykə Abbaszadə bakalavrlar üçün tövsiyələr verib

17 İyul 2026 00:34see185

Qurban Qurbanov: “Belə hava şəraitində daha yaxşı oynadıq”

17 İyul 2026 02:29see179

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see177

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see166

İlyas Yalçıntaş həbs edildi

17 İyul 2026 06:41see164

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see163

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see157

Qurbanov: “Buna çox sevinirəm”

17 İyul 2026 02:00see156

ÇSKA ilə oyunlara daha yaxşı hazırlaşmalıyıq, çünki komandada hələ də müəyyən çatışmazlıqlar var Qurban Qurbanov

17 İyul 2026 02:42see156

Küveyt səmasında 32 İran dronu vurulub

17 İyul 2026 02:49see155

“Torpedo” “Zirə”: heyətlər

16 İyul 2026 19:00see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri