Bərdədə fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 8 aprel, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları nəzarət tədbirləri çərçivəsində Bərdə rayonunun Bəcirəvan kəndində fəaliyyət göstərən, fiziki şəxs Abdullayev Musa Abdulla oğluna məxsus “Əli Kənan” kafesində yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı baytarlıq arayışı olmayan ət məhsulları, mənşə sənədləri olmayan digər qida məhsulları aşkarlanıb.
Həmçinin soyuducuda mal qonşuluğu prinsipinin pozulduğu, döşəmə və divar səthlərinin təmirsiz olduğu və asan təmizlənə bilən materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi, işçilərin dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar müəyyən edilib.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 17 Aprel 2025 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















