Abşeron rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 25 sentyabr, AZƏRTAC
Daxil olan vətəndaş şikayəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonunun Xırdalan şəhərindəki Heydər Əliyev prospektində fəaliyyət göstərən və fiziki şəxs Elgiz Ənvər oğlu Hüseynov məxsus olan “Beer Home Pub” kafesində yoxlama aparıblar.
Bu barədə AZƏRTAC-a agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, baxış zamanı müəssisədə mal qonşuluğu prinsipinə əməl olunmadığı, soyuducu və dondurucuların yoxlamadan keçmiş ölçmə vasitələri ilə təmin edilmədiyi, temperaturun qeydiyyatının və monitorinqinin aparılmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı müvafiq tədbirlər görülüb, sahibkar barədə inzibati protokol tərtib olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 25 Sentyabr 2025 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















