Icma.az
close
up
RU
Bərdədə ilkin tibbi sanitariya yardımı ilə bağlı pilot layihəyə başlanılır AZƏRTAC

Bərdədə ilkin tibbi sanitariya yardımı ilə bağlı pilot layihəyə başlanılır AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 23 yanvar, AZƏRTAC

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bərdə rayonunda ilkin tibbi-sanitariya yardımının təkmilləşdirilməsinə dair birgə pilot layihəyə başlayır. Layihənin məqsədi əhalini ehtiyaclarına uyğun keyfiyyətli ilkin tibbi-sanitariya yardımı ilə təmin etməkdir.

Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, layihənin təqdimatı ilə bağlı Bərdə Rayon Mədəniyyət Mərkəzində tədbir keçirilib.

Tədbir ilkin səhiyyə xidmətinə həsr olunan videoçarxın nümayişi ilə başlayıb. Tibbi xidmətin inkişafı istiqamətində görülən işlərdən bəhs olunan videoda 258-i Ailə Sağlamlıq Mərkəzi (ASM), 888-i kənd həkim məntəqəsi və poliklinika, 1186-sı kənd tibb məntəqəsi, 2-si isə kənd xəstəxanası olmaqla, ölkədə 2334 ilkin səhiyyə müəssisəsinin fəaliyyət göstərdiyi qeyd olunub. İcbari tibbi sığorta çərçivəsində vətəndaşlara 35 adda ilkin tibbi-sanitariya yardımının göstərildiyi diqqətə çatdırılıb.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev dövlət başçısı İlham Əliyevin səhiyyə sahəsinə ayırdığı diqqət və qayğıdan danışıb. İcra başçısı aparılan səhiyyə islahatları çərçivəsində ölkəmizin hər yerində müasir tibb müəssisələrinin istifadəyə verildiyini deyib. Belə tibb müəssisələrindən biri də yeni inşa edilən və əsaslı təmir olunan Bərdə Müalicə Diaqnostika Mərkəzinin və Bərdə Rayon Mərkəzi Xəstəxanasının yalnız yerli sakinlərin deyil, ətraf rayonlarda yaşayan əhalinin də sağlamlığının keşiyində dayandığını deyib.

Agentliyin İdarə heyətinin sədri Zaur Əliyev layihə çərçivəsində ilkin səhiyyə xidməti üzrə tibb müəssisələrinin fəaliyyətinin elektronlaşmasının əhali üçün üstünlüklərindən danışıb. İlkin səhiyyə xidmətinin əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasında əhəmiyyətli rola malik olduğunu deyən Z.Əliyev bu sahənin inkişafının vacibliyini vurğulayıb: “Ümumi infrastruktur quruculuğu, kadr hazırlığı və ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə yanaşı, bu sahədəki əsas yeniliklərdən biri “Ailə həkimi informasiya sistemi” modulunun yaradılması və ilkin səhiyyə xidməti üzrə fəaliyyət göstərən tibb müəssisələrində tətbiqidir. Bu vasitə ilə ilkin tibbi-sanitariya yardımı göstərən tibb müəssisələrinin tam elektronlaşdırılması nəzərdə tutulub. Yeniliyin tətbiqi nəticəsində ailə həkimlərinin elektron sistem vasitəsilə pasiyentin keçirdiyi əməliyyatlar və xroniki xəstəlikləri haqqında məlumatlara əlçatanlığı təmin ediləcək. Bu da pasiyentin vəziyyətini daha adekvat dəyərləndirməyə imkan verəcək”.

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov hərtərəfli ilkin səhiyyə xidmətlərinin səhiyyə sisteminin əsasını təşkil etməklə, universal tibbi təminata nail olmağa, yoluxucu və qeyri-infeksion xəstəliklərlə effektiv mübarizə aparmağa imkan yaratdığını bildirib: “Biz ona nail olmalıyıq ki, vətəndaşlar yalnız xəstələndikdən sonra tibbi yardım almağa çalışmasınlar, onlar həm də profilaktikaya üstünlük versinlər. Çünki bu xidmət əhalinin sağlamlıq göstəricilərini yaxşılaşdırmaqla yanaşı, ümumi iqtisadi məhsuldarlığın artmasına da təkan verir. Azərbaycanda bu gün ilkin səhiyyə xidmətinə müraciət saylarına baxsaq, görərik ki, ilkin tibbi-sanitariya yardımına ildə adambaşına müraciət sayı digər ölkələrin müvafiq göstəricilərindən təxminən 10 dəfə aşağıdır. Ölkə üzrə ilkin-tibbi sanitariya yardımının optimallaşdırılması və yenidən təşkili istiqamətində görüləcək işlər gələcəkdə daha yaxşı nəticələrə gətirib çıxaracaq”.

Təqdimatla çıxış edən Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov layihənin üstünlükləri haqqında məlumat verib: “Pilot layihə rayonda ilkin səhiyyə xidmətinə aid infrastrukturu və kadr potensialını müasir dövrün tələblərinə uyğunlaşdırmaq məqsədi daşıyır. Peyvəndləmə, patronaj, yəni azyaşlı uşaqlar, hamilə və zahı qadınlar üçün ev ziyarəti və ilkin səhiyyəyə aid digər xidmətlərin elektron qeydiyyatının aparılması əhalinin sağlamlığı ilə bağlı əhatəli və dəqiq statistik məlumatların formalaşmasına səbəb olacaq. İlkin səhiyyə xidmətinin gücləndirilməsi poliklinik və stasionar xidmətin yükünü də azaltmış olacaq”.

TƏBİB-in İlkin səhiyyə xidməti departamentinin rəhbəri Rəşad Çobanlı pilot layihənin başlanılmasına qədər görülən işlərdən danışıb. Layihə çərçivəsində yaradılan Koordinasiya qrupunun fəaliyyəti haqqında məlumat verən R.Çobanlı ilkin səhiyyə xidmətinin əhalinin sağlamlığının qorunmasında vacib rol oynadığını vurğulayıb: “Bizim həyata keçirdiyimiz bütün işlərin mərkəzində insan sağlamlığı dayanır. Məqsədimiz bu sahədə vətəndaş yönümlü yanaşmaya nail olmaqdır. Bu sahənin inkişafı bizim strateji hədəflərimizdə əsas yer tutur”.

Daha sonra Bərdə şəhərində yerləşən Ailə Sağlamlıq mərkəzləri və Qaradəmirçi kənd həkim məntəqəsinə baş çəkilib.

Qeyd edək ki, pilot layihə rayonda ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinin təmirini, yeni tibb müəssisələrinin inşasını, onların fəaliyyətinin elektronlaşdırılmasını, tibb mütəxəssislərinin əməkhaqlarına həvəsləndirici əlavələrin tətbiqini nəzərdə tutur.

Layihə çərçivəsində “Ailə həkimi informasiya sistemi" modulu yaradılacaq. İSX üzrə fəaliyyət göstərən tibb müəssisələrinə edilən bütün müraciətlər, ailə həkimləri tərəfindən yazılan reseptlər, ixtisaslaşdırılmış tibbi yardım üçün verilən göndərişlərin qeydiyyatı yalnız elektron qaydada aparılacaq.

Pilot layihədən 155 min rayon sakininin faydalanacağı gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Yanvar 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri