Icma.az
close
up
RU
Debütant yenə “Spartak”dan güclü oldu

Debütant yenə “Spartak”dan güclü oldu

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hesabat turu liderlər üçün uğurlu alındı.

"Football-plus.az" xəbər verir ki, şənbə günü üç oyun keçirildi.
“Akron”un 6 turluq məğlubiyyətsiz seriyasına autsayder son qoydu. Tura sonuncu pillədə daxil olan “Nijni Novqorod” gözlənilmədən Samarada qələbə qazandı. Ötən tur derbidə “Spartak”a uduzan ÇSKA “Orenburq”la ev oyununda sürprizə imkan vermədi. Komanda son 5 turda 4-cü qələbəsini qazandı. Özü də “hərbçilər” bu qələbələr zamanı qapını toxunulmaz saxlayıblar. Günün və turun ən böyük maraqla gözlənilən oyunu Kalininqradda keçirildi. Bu mövsümün əsas fenomeni sayılan debütant “Baltika”nın yüksəlişdə olan “Spartak”a qarşı necə təsir bağışlayacağı hər kəsə maraqlı idi. Moskva nəhəngi ilk dövrədə evdə bu rəqibdən 3 cavabsız top buraxdığına görə həm də qisas hissi ilə alışıb yanırdı.
Çox gərgin ab-havada keçən oyunun ilk yarısında mühüm olaylar yaşandı. Manelov 30-cu dəqiqədə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydan sahiblərini azlıqda qoydu. Emosiyalarına hakim ola bilməyəm “Baltika”nın baş məşqçisi Andrey Talalayev də hakimə ədəbsiz jest göstərdiyinə və ağzına gələni dediyinə görə tribunaya göndərildi. Amma “beton” müdafiəyə malik “Baltika” hətta bu şərtlərdə də qalib gəldi və üstəlik qol buraxmadı! 4 oyunluq qələbə seriyası qırılan “Spartak” müvəqqəti məşqçi Vadim Romanovun rəhbərliyi altında ilk dəfə uduzdu. “Baltika” turnirin tarixində “Spartak”ı mövsümün hər iki oyununda qol buraxmadan məğlub edən 2-ci debütant oldu!
İlk dəfə bunu 2003-cü ildə “Rubin” bacarmışdı (1:0, 2:0). 2024-ün mayında kubokdakı 1:0-lıq qələbəni də nəzərə alsaq, “Baltika” “Spartak”ı hətta ardıcıl 3-cü dəfə “quru” hesabla məğlub etdi. Maraqlısı odu ki, “Spartak” bu mövsüm “Baltika”dan başqa bütün rəqiblərə qol vurmağı bacarıb. Kalininqrad təmsilçisi 17-ci turda 11-ci dəfə qapısını toxunulmaz saxladı! Turnirin tarixində bundan daha yaxşı göstərici yalnız 2005-ci ildə qeydə alınıb. O vaxt “Lokomotiv” ilk 17 turun 13-də qol buraxmamışdı.
İlk dövrədə “Krılya Sovetov”u səfərdə 6:0 yenən son çempion “Krasnodar” bu dəfə bu rəqibə evdə 5 cavabsız qol vurdu və liderliyini davam etdirdi. Rusiya çempionatında bir mövsümdə bir komandanın bir rəqibi ümumilikdə 11-dən daha artıq top fərqi ilə yenməsi faktına yalnız bir dəfə rast gəlinib. 1998-də “Spartak” “Tümen”i 6:0 və 7:0 yenmişdi. “Lokomotiv” səfərdəki iki oyunluq qələbəsiz seriyaya Rostovda son qoydu. “Zenit” çətinliklə də olsa, “Rubin”i minimal hesabla məğlub etdi. Sankt-Peterburq nəhəngi 90 dəqiqə ərzində “çərçivə”yə cəmi 1 zərbə endirməklə 2017-nin yayından bu yana bu göstəricidə ən zəif oyununu keçirdi.
17-ci tur
Zenit – Rubin 1:0
Nino, 69.
Zenit: D.Adamov, Mantuan, Drkuşiç (Jerson, 61), Nino, Alip, Barrios, Vendel (Kassyera, 90+1), Qluşenkov (Yerakoviç, 84), Pedro Enrike, Mostovoy (Sobolev, 62), Luis Enrike (Yeroxin, 90+1).
Krasnodar – Krılya Sovetov 5:0
Auqusto, 21. Spertsyan, 40; 51-p. Kordoba, 61. Tormena, 90.
Krasnodar: Aqkatsev, Q.Qonsales, Tormena, Kosta (Jubal Junior, 46), Olasa, Krivtsov (Kozlov, 72), Auqusto (Lenini, 63), Batçi (Furtado, 73), Spertsyan, Sa (Perren, 63), Kordoba.
ÇSKA – Orenburq 2:0
Xotulev, 55-öz qapısına. Musayev, 83.
ÇSKA: Akinfeyev, Qayiç, Diveyev, Lukin, Moyzes, Kislyak, Oblyakov, Kruqovoy (Karmo, 87), Alves (Vilyaqra, 65), Qlebov (Viktor, 86), Popoviç (Musayev, 71).
Rostov – Lokomotiv 1:3
Vaxaniya, 20 – Barinov, 3. Komliçenko, 41-p. Nyamsi, 77.
Lokomotiv: Mitryuşkin, Silyanov, Nyamsi, Montes, Fasson, Karpukas, Barinov, Prutsev (Pinyayev, 74), Rudenko, Batrakov, Komliçenko (Vorobyev, 62).
Baltika – Spartak 1:0
Titkov, 62.
Spartak: Maksimenko, Denisov, Ciku, Vu, Litvinov (Zabolotnı, 75), Fernandeş, Barko, Umyarov, Dmitriyev, Markinyos, Solari.
Axmat – Dinamo M 2:1
Melkadze, 47. Ndonq, 84-p. – Nqamale, 26.
Akron – Nijni Novqorod 1:2
Dzyuba, 57 – Lesovoy, 15. Boselli, 33-p.
Soçi – Dinamo Mh 0:0
1. Krasnodar 17 11 4 2 34-10 37
3. Zenit 17 10 6 1 32-12 36
2. ÇSKA 17 11 3 3 28-14 36
4. Lokomotiv 17 9 7 1 35-21 34
5. Baltika 17 8 8 1 22-7 32
6. Spartak 17 8 4 5 25-22 28
7. Rubin 17 6 5 6 16-20 23
8. Akron 17 5 6 6 22-24 21
9. Dinamo M 17 5 5 7 26-25 20
10. Axmat 17 5 4 8 21-25 19
11. Rostov 17 4 6 7 13-20 18
12. Krılya Sovetov 17 4 5 8 20-31 17
13. Dinamo Mh 17 3 6 8 8-20 15
14. Orenburq 17 2 6 9 17-28 12
15. Nijni Novqorod 17 3 2 12 11-28 11
16. Soçi 17 2 3 12 14-37 9
Bombardirlər: Batrakov (Lokomotiv) – 10, Daku (Rubin) – 9, Xil (Baltika), Qluşenkov (Zenit), Spertsyan (Krasnodar) – 8.
Növbəti turun oyunları dekabrın 5-7-də keçiriləcək: Zenit – Akron, Soçi – Lokomotiv, Spartak – Dinamo M, Rostov – Rubin, Krasnodar – ÇSKA, Axmat – Orenburq, Baltika – Krılya Sovetov, Dinamo Mh – Nijni Novqorod.
Oyundan sonra
Andrey Talalayev,

“Baltika”nın baş məşqçisi: “Deməzdim ki, bu gün qeyri-adi bir uğur qazandıq. “Spartak”ı ilk dövrədə də məğlub etmişdik. Bu gün onları yenə məğlub etdik. Sadəcə bu dəfə qələbəni azlıqda qazandıq. Tam heyətlə oynayasaydıq, hesab arasındakı fərq daha böyük olardı. “Baltika” fenomeninin sirri nədədi? Mən heç bir fenomen görmürəm. Sadəcə həm futbolçular, həm məşqçilər korpusu, həm də klub üzərinə düşəni keyfiyyətli şəkildə yerinə yetirir, vəssalam”.


Vadim Romanov, “Spartak”ın müvəqqəti məşqçisi:

“Çox üzücü bir məğlubiyyətdi. Çünki əvvəldən sona qədər oyuna nəzarət etdik. “Baltika”nı yaxşı incələmişdik və necə oynayacaqlarını bilirdik. Bu gün oyunumuzda çatışmayan yeganə şey qol oldu. “Baltika”nın standart zərbələrdə təhlükəli olduğunu bilirdik. Yeganə bir epizodda boşluğa yol verdik və o da bizə baha başa gəldi. Rəqibin azlıqda qalması oyunun gedişatına və oyun planımıza təsir etmədi. Zatən onlar tam heyətlə oynayanda da üstünlük bizdə idi. Yeganə dəyişiklik onda oldu ki, “Baltika” bir qədər də geri çəkildi. Hakimlik və qırmızı vərəqə haqda heç nə deyə bilmərəm. Bir əvəzetmədən istifadə etməyimin səbəbi oyunumuzdan razı qalmağım idi. Meydanda gördüklərim məni qane edirdi. Bizə bu gün bitirici bir futbolçu çatışmadı. Buna görə də mərkəz hücumçusunu meydana buraxdım. Qalan aspektlərdə effektli idik”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 04 Dekabr 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see586

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see251

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri