Berdıyev Mahaçqalaya qayıdır? klub rəsmisi mütəxəssisə edilən təklifi açıqladı!
Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
Bilindiyi kimi, Kurban Berdıyevin “Turan Tovuz”un baş məşqçi postundan ayrıldığı haqda xəbərlər yayılıb.
“Football-plus.az”ın məlumatına görə, “Match TV” bu haqda mütəxəssisin əvvəlki iş yeri olan Mahaçqala “Dinamo”sunun baş direktoru Şamil Qazizovdan açıqlama alıb. Funksionerin söylədikləri:
“
Bəli, özündə Berdıyevin “Turan Tovuz”dan ayrılmasını əks etdirən xəbərlərlə tanışam. Amma Kurban bəylə bu haqda söhbət etməmişik. O, “Dinamo”dan ayrılanda bildirdik ki, nə vaxt istəsə, evə dönüb klub prezidentinin müşaviri vəzifəsində çalışa bilər. Onunla işləmək bizim üçün həmişə xoş olub. Berdıyevi həmişə gözləyəcəyik. Mütəxəssis uşaq futbolumuza böyük töhfələr verib. Onunla işləmək böyük şərəfdi”.
Qeyd edək ki, Berdıyev 2023/24 mövsümündə Mahaçqala təmsilçisini çalışdırıb və komandanı elitaya yüksəldib. Bu ilin aprelindən iyuna qədər isə klub prezidentinin müşaviri kimi çalışıb.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 25 Noyabr 2024 22:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















