Ukraynadan Mahaçqalaya hücum: yaralananlar var
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Ukraynadan Mahaçqalaya hücum olub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, gecə saatlarında Ukraynaya məxsus pilotsuz uçuş aparatları Rusiyanın müxtəlif bölgələrində yerləşən Ozon logistika mərkəzlərinə hücum edib.
Məlumata görə, PUA-ların zərbələri Adıgey Respublikasının Adıgeysk şəhərində, Dağıstanın Mahaçqala şəhərində və Stavropol diyarının Nevinnomıssk şəhərində yerləşən anbarlara yönəlib.
Hücum nəticəsində Mahaçqaladakı logistika mərkəzində bir neçə əməkdaş xəsarət alıb. Hadisədən sonra obyektdə yanğın baş verib.
Adıgeysk və Nevinnomıssk şəhərlərindəki Ozon obyektlərində isə xəsarət alanların olmadığı bildirilir. İlkin məlumatlara əsasən, həmin mərkəzlərə və orada saxlanılan mallara ciddi ziyan dəyməyib.
Hücumun digər nəticələri və zərərin miqyası ilə bağlı məlumatlar dəqiqləşdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 24 Avqust 2026 08:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















