Bərənin çevrilməsindən sonra yüzlərlə sərnişin xilas edilməsini gözləyir VİDEO
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Şimali Kiprin Girne şəhəri sahillərində yüzlərlə sərnişinin olduğu bərə çevrilib. Sərnişinlər xilasetmə qruplarının köməyini gözləyir.
Bizim.Media xəbər verir ki, “Filo Denizcilik” şirkətinə məxsus gəmi Girne limanından yola düşdükdən sonra şəhər sahilindən təxminən 2-2,5 kilometr aralıda batmağa başlayıb.
Bərə Türkiyənin Taşucu limanına istiqamətlənirmiş. Gəmi su almağa başlayıb və nəticədə çevrilib.
Sərnişinlər gəminin göyərtəsindən onun alt hissəsinə çıxaraq kömək gözləməyə məcbur olublar. Yaxınlıqda olan qayıqlar sərnişinlərin köməyinə gəlib.
Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir. Lakin onların dəqiq sayı və vəziyyəti hələlik məlum deyil.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:Filippində batmış bərənin sualtı axtarışları dayandırılıb
24 Fevral 2026 11:44
Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam
04 İyul 2025 13:50
Filippində bərənin batması nəticəsində 15 nəfər ölüb
26 Yanvar 2026 08:40
Girnə limanı bölgəsində batan bərənin qalıqları aşkarlanıb
02 Sentyabr 2026 14:19
Nigeriyada bərənin batması nəticəsində 37 nəfər həlak oldu
18 May 2025 16:45
Baxış sayı:148
Bu xəbər 30 Avqust 2026 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















