Filippində batmış bərənin sualtı axtarışları dayandırılıb
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 24 fevral, AZƏRTAC
Yanvarın 26-da Basilan yaxınlığında batmış sərnişin gəmisinin sualtı axtarışları başa çatıb.
AZƏRTAC Filippinin Sahil Mühafizəsi Xidmətinin məlumatına istinadla xəbər verir ki, Baluk-Baluk adası yaxınlığında 27 gün davam edən əməliyyat zamanı gəmidən 22 cəsəd çıxarılıb. Bununla da ölənlərin sayı 65-ə çatıb, 14 nəfər itkin düşmüş hesab olunur. Qəza zamanı azı 293 sərnişin xilas edilib.
Bildirilib ki, dalğıclar güclü sualtı cərəyanlar və məhdud görünüş şəraitində gəminin bütün hissələrini yoxlayıblar. Hadisə ilə bağlı araşdırma aparılır.
Baxış sayı:53
Bu xəbər 24 Fevral 2026 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















