Bərgüşad çayı üzərində su anbarı tikiləcək
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yaxın gələcəkdə ümumiyyətlə Qarabağda su təchizatı sistemlərinin və suvarma sistemlərinin yenidən qurulması planlaşdırılır. Mövcud olan obyektlərdə də hazırda təmir-bərpa işləri aparılır.
Bunu “APA-Economics”ə açıqlamasında Qarabağ Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Müşfiq Adıgözəlov deyib.
O vurğulayıb ki, Füzuli şəhərini su ilə təmin edən sistem bərpa olunub:
“Xaçınçay su anbarımız bərpa olunub. Şəhərlərin yeni su təchizatı sistemləri qurulur. Köç həyata keçirilən kəndlərdə, dövlət proqramına uyğun olaraq, demək olar ki, bütün yaşayış məntəqələrinin su təchizatı sistemləri ya yenidən qurulur, ya da mövcud sistemlər bərpa edilir”.
Müşfiq Adıgözəlov qeyd edib ki, hazırda Bərgüşad su anbarının tikintisi planlaşdırılır:
“Bizim Zabuxçay su anbarı tikilib istifadəyə verilib, yenidən qurulub. Bərgüşad su anbarının tikintisi də planlaşdırılır. Su anbarı Bərgüşad çayının üzərində yerləşir”.
Müşfiq Adıgözəlov əlavə edib ki, Qarabağda suvarma sistemlərimizdə qapalı suvarma sistemlərindən istifadə olunur:
“Demək olar ki, Qarabağda əsasən yeni texnologiyalar, pivot və damcı suvarma sistemləri tətbiq edilir. Çox az hissədə, əsasən kəndlər arasında açıq suvarma sistemlərindən istifadə olunur. Onlar da mərhələli şəkildə yeni suvarma sistemləri ilə əvəz edilir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 04 İyun 2026 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















