Kiyevdə Dnepr çayı üzərində su keçidləri salınacaq
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kiyev, 27 oktyabr, AZƏRTAC
Kiyevdə Dnepr çayı üzərində kombinə edilmiş su keçidlərinin, eləcə də onlara aparan yolların tikintisi planlaşdırılır. Layihənin dəyəri 1 milyard qrivnadır.
Bu barədə AZƏRTAC Kiyev meri Vitali Kliçkonun Teleqram kanalında paylaşdığı açıqlamaya istinadla xəbər verir.
Onun sözlərinə görə, müvafiq məsələ bu gün paytaxtın Müdafiə Şurasında müzakirə olunub.
“Şurada müzakirə edilən məsələlər arasında Dnepr çayı üzərində kombinə edilmiş su keçidlərinin və onlara aparan yolların tikinti layihəsinin həyata keçirilməsi də olub. Hökumət bununla bağlı müvafiq qərar qəbul edib”, – deyə o bildirib.
Mer əlavə edib ki, keçidlərin yerləşəcəyi yerləri hərbi komandanlıq müəyyənləşdirəcək, Kiyev Şəhər Hərbi Administrasiyası isə həmin yerləri razılaşdıracaq. “Hökumətin tövsiyəsinə əsasən, şəhər bu layihə üçün 1 milyard qrivna vəsait tapacaq”, - deyə o qeyd edib.
Bundan əlavə, Müdafiə Şurasında kritik infrastruktur obyektlərinə zərbələrin intensivləşməsi nəzərə alınmaqla, paytaxtdakı körpü qurğularının təhlükəsiz istismarı məsələsi də müzakirə olunub.
Xüsusilə şəhərin müvafiq qurumlarının mütəxəssisləri Dnepr çayı üzərindəki körpü keçidlərinin konstruksiyalarını qorumaq üçün əlavə texniki həllər üzərində işləyirlər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 27 Oktyabr 2026 20:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















