Icma.az
close
up
RU
Beriya niyə Nazim Hikmətin ölümünü sifariş etmişdi?

Beriya niyə Nazim Hikmətin ölümünü sifariş etmişdi?

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nazim Hikmət haqda indiyədək çox kitablar oxudum. Amma ən gözəli “Romantik kommunist” kitabı oldu. Bu kitab Nazimin bioqrafiyasını bütünlüklə əhatə edən ən mükəmməl kitabdır. Burda gözdən, nəzərdən qaçan bir nüans belə tapa bilməzsən. Əksinə, indiyədək Nazim haqda bilmədiyimiz, onun haqqında yazılmış kitabların heç birində rastlaşmadığımız ilginc faktlarla rastlaşırsan və heyrətlənirsən.

O, məğlubiyyətini qələbəyə çevirməyi bacardı...Əvvəl məhbəs, sonra isə qürbət həyatı yaşadı, amma sona qədər inamlı və romantik kommunist olaraq qaldı...

Xatırlayıram, illər öncə İstanbulun nəfəs kəsən istisində, sərin otel odasında oturub Nazim Hikmətin bioqrafiyasını oxuyurdum. Gülhanə parkının səs boğan sıxlığında, möhtəşəm və qulaqbatıran sükut içində Nazimin ayaq izlərini axtarırdım. İri ölçülü ayaqqabıları ilə bu parkdan keçib gedən “mavi gözlü dev”in ayaq izləri Moskvaya, oradan yenidən İstanbula, yenə Moskvaya doğru uzanır...

Əslində, bu yaza bilmədiyim yazını heç də belə başlamaq istəmirdim, ürəyimdəkiləri qabağıma çıxan ilk türkə, tanıyıb-tanımamağımdan asılı olmayaraq, hamımızın başa düşə biləcəyi ortaq bir dildə danışmağı arzulayırdım. Nazimin ağrılarından danışmaq istəyirdim...Amma bu boyda şəhərdə o arzuladığım insan qarşıma çıxmadı və mən uzanan zaman məsafəsinin getdikcə uzaqlaşan toranlığında “Kərəm kimi” şeirini xatırladım. Bu şeiri oxuyanda çox balacaydım və şeir bir dilim alov kimi içimi qarsalayıb keçdi. O vaxt heç bu şeirin mahiyyətini də anlamamışdım, amma mən o misraları anlamaya-anlamaya necə rahatlıqla həzm etdim görəsən?!

O şeir Nazim Hikmətin yaradıcı taleyini, həm də bir insan olaraq yaşamını deklarizə edirdi. Çox sonralar Nazim haqda yazılar yazdım və hər dəfə yazmağa başlayanda o şeirin uşaq yaddaşımdakı havası həzin-həzin içimi bürüyürdü. İndi də o havanın ovqatı içindəyəm...

Rus şairi Yevgeni Yevtuşenko kitaba yazdığı ön sözdə olduqca maraqlı bir əhvalat nəql edir. O yazır ki, 1955-ci ildə Nazim Hikmət kinoaktyor Yuri Vasilyevlə məni bir neçə günlüyə Peredelkinoya dəvət etdi. Şair orada qeyri-adi bir hadisənin şahidi olur. Kənardan onları izləyən bir adam Nazimə yaxınlaşır və qarşısında diz çökür:

“Tanrı eşqinə, məni bağışla, Nazim, məni günahımın yükündən qurtar...Sənə deyəcək sözlərim var”. Nazim həmin adamı qollarından tutub qaldırdı. “Ayağa qalx, qardaşım. Heç nə demək lazım deyil”. “Olmaz, mütləq deməliyəm. İllərdir ki, içimdə bu sirri saxlayıram, daha dözə bilmirəm”. Dəvətsiz qonaq uzun müddət ona əzab verən gizli hadisənin üstünü dili dolaşa-dolaşa açıb-tökməyə başladı.

1951-ci ildə Nazim Moskvaya dönərkən onun üçün şəxsi maşın və sürücü ayrılmışdı. İndi qarşımızda dayanan həmin sürücü idi. Bu adam Nazimin sürücüsü olarkən bir gün onu Lubyankaya çağırırlar. Onu Beriyanın yanına aparırlar, bu adamı görcək sürücünün qorxudan dili tutulur.

-Kimə sürücülük etdiyini bilirsənmi? – deyə Beriya ondan soruşur.

“Sülh Mükafatının sahibi...bir türk kommunisti...Böyük şair...Sovetlər Birliyinin dostu...” - deyə çaşqın sürücü cavab verir.

“O, Sovetlər Birliyinin dostu deyil, düşmənidir”, – deyə Beriya səsini qaldırır. “Nazim inqilabçı maskası taxmış təcrübəli bir düşməndir. Yoldaş Stalini öldürmək istəyir. Amma onu həbs edə bilmərik. Onun şöhrəti buna imkan vermir. Ondan xilas olmağımız üçün bizə yardım etməlisən! Onu qəzaya salmaq lazımdır. Bu da sənin əlindədir. Beləliklə, başımızdan bir casus əskik olacaq”.

“İnana bilmirəm. Nazim mənim üçün ata əvəzidir” –deyir sürücü.

Beriya isə qaşlarını çataraq “hamımızın bir atası var” söyləyir (Stalini nəzərdə tuturmuş).

Ertəsi gün sürücü yenidən Lubyankaya çağırılmış, ona Nazimi qəzaya salmaq tapşırılmışdır. Sürücü bu dəfə də bu dəhşətli təklifi rədd etmiş və nəticədə vəhşicəsinə döyülmüşdür. Hətta onun arvadını da evdən gedib götürürlər, razılaşmazsa, qadını kişi məhbusların əlinə verəcəkləri ilə hədələyiblər. “Bunlar neçə ildir qadın görməyiblər” deyə mənalı-mənalı gülüşüblər. Son anda sürücü naəlac qalıb Beriyanın əmrinə boyun əyib”.

Xoşbəxtlikdən az sonra Stalin öldü, Beriya isə həbs edildi. Beləcə, Nazim ölümdən, sürücü isə qatil olmaqdan xilas olur.

Yevtuşenko yazır ki, qanımı donduran bu hadisəni dinləyərkən sürücüdən çox Nazimə baxırdım. Nazimin tükü belə tərpənmirdi. Yoxsa nəyisə təxmin etmişdi? Sürücü Nazimə yalvarırdı: “Ruhumu bu günahdan təmizlə!”

Nazim sakitcə “heç bir günahın-zadın yoxdur” dedi. “Hadi, vodka içelim! Doktorlar yasaq etdi. Amma sanıram ki, sənin kimi doğru adamla az bir şey içə bilərəm”.

Bu hadisədən 6 il əvvəl, 1946-cı ildə inqilabçı-demokrat S. C. Pişəvəri müəmmalı şəkildə avtomobil qəzasında həlak olmuşdu. Nazimi də eyni aqibət gözləyirmiş.

Stalinin ölümü Nazimin ömrünü 11 il də uzatdı və o, öz əcəliylə dünyasını dəyişdi.

Kənan HACI,
yazıçı-publisist

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Dekabr 2024 02:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see253

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see241

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see198

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see194

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see189

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see187

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see178

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see177

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see176

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see157

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see148

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see133

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see131

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see131

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see129

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see129

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see128

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see126

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see123

​“UNESCO buna Ermənistanın mane olduğunu etiraf etmişdi”

10 Dekabr 2025 17:16see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri