Icma.az
close
up
RU
“Berlin Tbilisi gərginliyi dərinləşir: Almaniya Gürcüstandakı səfirini geri çağırdı“ “Deutsche Welle“

“Berlin Tbilisi gərginliyi dərinləşir: Almaniya Gürcüstandakı səfirini geri çağırdı“ “Deutsche Welle“

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Bu, Gürcüstanın gələcək geosiyasi seçiminə dair ciddi xəbərdarlıqdır..."

Avropa diplomatiyasında yeni gərginlik ocağı yaranıb. Almaniya ilə Gürcüstan arasında münasibətlər son aylarda görünməmiş dərəcədə kəskinləşib və nəzakətli bəyanatların yerini artıq açıq ittihamlar alıb.

Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.

Təzyiq və təhqir kampaniyasına Berlinin cavabı

Almaniya XİN-in 19 oktyabr bəyanatında bildirilir ki, Gürcüstan rəhbərliyi aylarla Avropa İttifaqına, Almaniyaya və şəxsən Almaniya səfiri Peter Fişerə qarşı "qarayaxma kampaniyası" aparır. Buna cavab olaraq, Berlin səfiri "məsləhətləşmələr üçün" geri çağırıb və "növbəti addımlar"ın müzakirə ediləcəyini elan edib. Məsələ yaxın günlərdə Aİ xarici işlər nazirlərinin toplantısında da gündəmə çıxarılacaq.

"Səfir daxili işlərə müdaxilə edir"

Gürcüstan hökuməti isə Almaniya diplomatını ölkənin siyasi proseslərinə qarışmaqda, məhkəmə iclaslarında iştirak edib müxalifəti dəstəkləməkdə günahlandırır. Baş nazir İrakli Kobaxidze hətta Fişeri "faciıli fiqur" adlandırıb və ironiya ilə bildirib ki, "onu ölkədən çıxarmaq əslində onun üçün hədiyyə olar". Tbilisi iddia edir ki, səfir "radikal gündəmi təşviq edir" və "Vyana Konvensiyasının prinsiplərini pozur". Berlin isə bu ittihamları "əsassız və təxribat xarakterli" adlandırıb.

Problemin kökü Gürcüstanın Qərbdən uzaqlaşmasıdır

Münasibətlərin kəskinləşməsi Gürcüstanda hakim "Gürcü Arzusu" partiyasının Rusiya ilə yaxınlaşma xəttini seçməsi və Avropa İttifaqına inteqrasiya prosesini faktiki dondurmasından sonra başlanıb. Bu, ölkə daxilində kütləvi etirazlara, Qərb ölkələrinin isə sərt tənqidinə səbəb olub.

Oktyabrın əvvəlində Almaniya Xarici İşlər Nazirliyi Berlindəki Gürcüstan səfirliyinin işlərini müvəqqəti icra edən Ana Abuladze vasitəsilə etirazını bildirib. Bu addım, Gürcüstan hakimiyyətinin Almaniyanın Tbilisidəki səfiri Peter Fişerə qarşı aqressiv davranışı ilə bağlı olub. "Biz aydın bir siqnal göndərdik: əsassız ittihamlar və Gürcüstan hakimiyyətinin Almaniya səfirinə qarşı aqressiv ritorikası qəbuledilməzdir və dayandırılmalıdır", - açıqlamada vurğulanıb. Həmin vaxt Gürcüstanın Berlində səfiri olmayıb.

Bundan əvvəl, sentyabrın 24-də Peter Fişer Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb, ona diplomatik əlaqələr üzrə Vyana Konvensiyasının prinsiplərinə riayət etməsinin vacibliyi "xatırladılıb". Gürcüstan tərəfi ölkə daxilində radikal gündəliyi təşviq etmək cəhdlərinə görə "narahatlıq" ifadə edib.

Tbilisidə həmçinin Gürcüstanda məhkəmə proseslərini siyasi məqsədlərə yönəltmək və səfirlərin bu proseslərdə iştirakı tənqid edilib. Fişerə xəbərdarlıq edilib ki, diplomatlar "qəbul edən ölkənin qanun və qaydalarına hörmət etməli və daxili işlərinə müdaxilə etməməlidir".

İlin əvvəlində Almaniyanın hakim və aparıcı müxalifət partiyaları Gürcüstan hakimiyyətini Avropa inteqrasiyası prosesini davam etdirməməyi qınayıb. "Gürcü Arzusu" partiyasının Avropa İttifaqına üzvlük üzrə danışıqlara başlamaq səylərini dayandırmaq qərarı partiyanın öz seçki vədlərinə zidd idi və Gürcüstanın əvvəlki bütün hökumətləri tərəfindən izlənilən siyasətdən geri çəkilmə demək idi. Bu barədə Almaniyanın partiyaları 9 yanvar tarixində birgə bəyanat yayıb.

Aİ üçün Gürcüstan uzun illər "Şərq tərəfdaşlığının uğur modeli" hesab olunub. İndi isə Avropanın aparıcı dövləti ilk dəfə olaraq Tbilisiyə bu qədər sərt diplomatik siqnal göndərir. Bu qarşıdurma sadəcə iki ölkə arasındakı mübahisə deyil - bu, Gürcüstanın gələcək geosiyasi seçiminə dair ciddi xəbərdarlıqdır: Avropa, yoxsa Moskva ilə bir olacaq?

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Oktyabr 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri