Icma.az
close
up
RU
“Rusiyada jurnalistlərə qarşı repressiya dərinləşir“ “Deutsche Welle“

“Rusiyada jurnalistlərə qarşı repressiya dərinləşir“ “Deutsche Welle“

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Rusiyada tənqidi söz "terror" damğası ilə susdurulur, mühacirətdə olan jurnalistlər isə siyasi cinayətkar kimi hədəfə alınır..."

Rusiyada tanınmış jurnalist və teleaparıcı Yevgeni Kiselyov barəsində qiyabi həbs qərarı çıxarılıb və o, eyni zamanda beynəlxalq axtarışa verilib.

Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.

Məhkəmənin qərarına əsasən, Kiselyov "terrorçu birlik yaratmaq" maddəsi ilə ittiham olunur. Bu maddə 15 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzasını nəzərdə tutur. Qiyabi həbs qərarı onun mümkün saxlanılacağı və ya ekstradisiyası halında iki aylıq həbs müddətini əhatə edir. Jurnalist hələ 2025-ci ilin oktyabrından beynəlxalq axtarışda olub.

"Terrorçuluq" ittihamı siyasi alət kimi

Rusiya İstintaq Komitəsinin versiyasına görə, sözügedən "terrorçu birlik" guya hakimiyyəti ələ keçirmək və saxlamaq məqsədi ilə yaradılıb. Maraqlıdır ki, eyni maddə ilə 2025-ci ilin payızında Rusiyanın müxalif platformalarının və Antimüharibə Komitəsinin bir sıra tanınmış simalarına qarşı da cinayət işi açılıb.

Bu siyahıda Mixail Xodorkovski, Mixail Kasyanov, Vladimir Kara-Murza, Harri Kasparov, Dmitri Qudkov, aktyor Artur Smolyaninov, politoloq Yekaterina Şulman, yazıçı Viktor Şenderoviç və digərləri yer alır. Beləliklə, "terrorçuluq: maddəsi faktiki olaraq siyasi repressiyanın universal alətinə çevrilib.

Kiselyovun uzunmüddətli təqibi

Yevgeni Kiselyov 2008-ci ildən Ukraynada yaşayır və çalışır. 2022-ci ildə Rusiya Ədliyyə Nazirliyi onu "xarici agentlər" siyahısına daxil edib, maliyyə mənbəyi kimi Ukraynanı göstərib. Halbuki jurnalist Rusiyada ilk dəfə hələ 2016-cı ildə - Nadejda Savçenkoya dəstək ifadələrinə görə "terrorizmə çağırış" ittihamı ilə hədəfə alınlb.

1990-2000-ci illərdə Kiselyov Rusiya mediasının əsas simalarından biri olub, "Birinci kanal", RTR, NTV, TNT, TV-6, TVS, "Exo Moskvı"  və RTVI-də çalışıb. Ukraynada isə 2016-cı ilə qədər "İnter" kanalında, daha sonra "Ukrayna 24"-də müəllif proqramı aparıb. 2022-ci ildən sonra televiziya fəaliyyətini dayandırıb.

Qiyabi hökmlər dövrü

Son vaxtlar Rusiyada qiyabi məhkəmə qərarları geniş yayılıb. Məsələn, ötən həftə "Meduza" nəşrinin qurucusu Qalina Timçenko da qiyabi olaraq beş il azadlıqdan məhrum edilib.

Bu praktika Kremlin tənqidçiləri ölkə xaricində olarkən onları hüquqi baxımdan "cinayətkar" elan etməyə və istənilən an həbs təhlükəsi altında saxlamağa xidmət edir. Reallıqda isə bu qərarların icrası ehtimalı son dərəcə zəifdir, çünki qiyabi məhkumların Rusiyaya könüllü qayıtması demək olar ki, mümkünsüzdür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:271
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Yanvar 2026 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri