Icma.az
close
up
RU
Berlindən SOS Çin Almaniya sənayesini çökdürür?

Berlindən SOS Çin Almaniya sənayesini çökdürür?

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

"Avropa ilə Çin arasında iqtisadi rəqabət getdikcə daha sərt mərhələyə keçir. Brüssel Pekinin ucuz məhsullarla Avropa bazarını ələ keçirdiyini və yerli istehsalçılara ciddi zərbə vurduğunu bildirərək yeni məhdudiyyətlər tətbiq edir. Bu siyasətin mərkəzində isə Avropa iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi olan Almaniya dayanır”.

Bu barədə Musavat.com-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, Çin məhsullarının sürətlə artan rəqabəti, sənaye istehsalının azalması və minlərlə iş yerinin itirilməsi Berlində ciddi narahatlıq yaradıb: "Avropa Komissiyası Çindən minik və yüngül yük maşınları və avtobuslar üçün təkərlərin idxalına antidempinq rüsumları tətbiq etdiyini bildirib. Komissiya bildirib ki, Çindən minik və yüngül yük maşınları üçün təkərlərin idxalı AB-yə dempinq qiymətləri ilə daxil olurdu. Bu, isə Avropa İttifaqı ölkələrində 80 mindən çox insanın çalışdığı sənayesinə zərər vurur.

Avropa iqtisadiyyatının lokomotivi sayılan Almaniya da mövcud durumdan narahatdır. “The World Street Journal” qəzetinin məlumatına görə, Almaniya Çini təchiz etdiyindən bu ölkədən daha çox yüksək texnologiyalı məhsul idxal etməyə başlayıb. Bazar payını itirən və işçi heyətini ixtisar etməyə məcbur olan Almaniya bunun günahı Çinin iqtisadi siyasətində görür. Pekin Almaniya sənayesinə təzyiqi artırmaqda davam edir. Çin və Almaniya istehsalçıları arasındakı keyfiyyət fərqi azalıb, Çində oxşar məhsullar isə qiymətin yarısı qədərdir. Alman şirkətləri iş yerlərini ixtisar etməyə və istehsalın bir hissəsini Çinə köçürməyə məcburdurlar. Nəşrin yazdığına görə, Almaniya sənayesi ayda 10.000-dən çox iş yerini itirir.

Bundan əlavə, ölkədə sənaye istehsalı 2022-ci ilin fevral ayı ilə 2026-cı ilin əvvəlləri arasında təxminən 10 faiz azalıb. Məsələ burasındadır ki, Çinin “10.000 kiçik nəhəng” proqramı mövcuddur. Dövlət bu proqram vasitəsilə ixtisaslaşmış orta ölçülü şirkətləri ardıcıl olaraq inkişaf etdirib. Bunun nəticəsində Çinin Almaniyaya ixracı bu il əvvəlki ilə nisbətən 17 faiz artıb".

Elxan Şahinoğlu vurğulayıb ki, Avropanın digər dövlət olan Niderland da mövcud vəziyyətdən narahatdır. Niderland ABŞ-ın gördüyü tədbirlərə bənzər şəkildə Avropa Birliyi daxilində Pekinə qarşı iqtisadi təsir vasitələrinin yaradılmasını təklif edib. Politoloq onu da qeyd edib ki, Almaniya ilə Çin arasında siyasi müstəvidə də gərginlik yaşanıb: "Qərb mətbuatında Çinin Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiya hərbçilərinin bir hissəsi üçün təlimlər keçdiyi yazılıb. Berlin bu məsələyə aydınlıq gətirmək üçün Çinin Almaniyadakı səfirini Xarici İşlər Nazirliyinə dəvət edib. Berlin bu işbirliyinin Ukrayna ilə yanaşı Almaniya üçün də təhdid olduğuna inanır.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Çinə qarşı ittihamları absurd və yalan adlandırıb. O, bildirib ki, Moskva Qərb ölkələrinin və Avropa Birliyinin Rusiya ilə Çin arasındakı dostluq münasibətlərini pozmaq üçün bu cür informasiya təxribatlarından istifadə etmək cəhdlərini pisləyir. Buna baxmayaraq, Qərb ölkələrində belə bir inam var ki, Çin Rusiya ilə hərbi-texniki sahədə əməkdaşlığını genişləndirib”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 13 İyul 2026 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri