Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Qərb koalisiyası Berlindən səsləndi...

Qərb koalisiyası Berlindən səsləndi...

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukrayna - Rusiya müharibəsi finişə yaxınlaşır? 

Ukrayna - Rusiya müharibəsinin dayandırılması istiqamətində gedən danışıqlar “finala” yaxınlaşır. Prosesdə aktiv vasitəçilik missiyası həyata keçirən ABŞ münaqişə tərəfləri ilə görüşlər keçirib, sülh planı ilə bağlı müzakirələr aparıblar. Cenevrə, Əbu-Dabi, Moskva və başqa şəhərlərdə baş tutan görüşlərdə həm Rusiya, həm də Ukrayna öz mövqeyini ortaya qoyub. Son olaraq bir neçə gün öncə aparılan Berlin danışıqları isə daha yaddaqalan olub. Berlində Zelenskinin rəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti ilə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkoff və Cared Kuşner arasında iki raund danışıqlar keçirilib. Almaniya hökuməti Berlindəki danışıqların iqtisadi məsələlərə və Ukraynada sülh danışıqlarının vəziyyəti ilə bağlı fikir mübadiləsinə yönəldiyini bildirib. Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Berlində keçirilən danışıqların məhsuldar olduğunu bildirib və tez bir zamanda sülh razılaşmasının əldə olunmasına ümid etdiyini deyib. “Axios” Amerika rəsmisinə istinadən, ABŞ-ın da görüşü məhsuldar hesab etdiyini yazıb. Vaşinqton və Kiyev arasında danışıqlardan sonra Almaniya kansleri Ukraynada əsl sülh üçün şans yarandığını bəyan edib. Merts vurğulayıb ki, ABŞ olmasaydı, belə bir müsbət impuls olmazdı.

Sülhyaratma prosesində hələ də razılaşdırılmayan nüanslar qalsa da, ümumi ortaq fikir əldə olunub. Hətta Ukraynanın əsas dəstəkçisi sayılan Avropa İttifaqının aparıcı dövlətləri də proseslə bağlı fikirlərini bölüşüblər. Belə ki, Berlində baş tutan ABŞ-Ukrayna danışıqlarının ardından “istəkli ölkələr koalisiyası”na daxil olan 14 ölkənin dövlət və hökumət başçıları, həmçinin ABŞ Prezidentinin xüsusi nümayəndələrinin iştirakı ilə müzakirə aparılıb.

Ukrayna üçün sülhə gedən yol “planı”...

Almaniya Kanslerinin ofisində keçirilən görüşdə Fridrix Merts, Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner, ABŞ-ın xüsusi elçisi Stiv Uitkof, Fransa Prezidenti Emmanuel Makron, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen, NATO-nun Baş katibi Mark Rutte, Danimarkanın Baş naziri Mette Frederiksen, Finlandiya Prezidenti Aleksandr Stubb, İtaliyanın Baş naziri Corcia Meloni, Norveçin Baş naziri Yonas Qar Store, Polşanın Baş naziri Donald Tusk və Niderlandın Baş naziri Dik Sxof iştirak ediblər. Dövlət və hökumət başçıları yaydıqları birgə bəyanatda Ukrayna üçün çoxmillətli qüvvələrin yaradılmasını dəstəklədiklərini bildiriblər.

“Bild” qəzetinin əldə etdiyi sənəddə qeyd olunub ki, tərəflər müharibənin dayandırılmasına dair mümkün razılaşma kontekstində Ukraynaya möhkəm təhlükəsizlik zəmanətləri və iqtisadi bərpa üçün dəstək tədbirləri təqdim etmək məqsədilə birgə fəaliyyət göstərmək niyyətlərini ifadə ediblər. Qeyd olunub ki, bu yanaşma, digər məsələlərlə yanaşı, ABŞ tərəfindən dəstəklənən, Avropanın rəhbərliyi altında, istəkli ölkələrin töhfələrindən formalaşan və “İstəkli ölkələr koalisiyası” çərçivəsində fəaliyyət göstərəcək ‘Ukrayna üçün çoxmillətli qüvvə”ni nəzərdə tutur. Bildirilib ki, bu qüvvə Ukrayna Silahlı Qüvvələrinin bərpasına, Ukraynanın hava məkanının qorunmasına və daha təhlükəsiz dənizlərin təmin edilməsinə, o cümlədən ölkə ərazisində aparılacaq əməliyyatlar vasitəsilə töhfə verəcək. Bundan əlavə, dövlət və hökumət başçıları sülh sazişi əldə olunacağı təqdirdə Ukrayna Silahlı Qüvvələrinin formalaşdırılması üçün davamlı və əhəmiyyətli dəstəyin göstərilməsini planlaşdırırlar. Sənədə əsasən, sülh dövründə Ukrayna ordusunun daimi şəxsi heyətinin sayı 800 min hərbçiyə çatdırılmalıdır. Bu addımın məqsədi münaqişələrin qarşısının alınması və Ukraynanın ərazi bütövlüyünün müdafiə olunmasıdır.

Ukraynanın gələcək rifahına investisiya qoyuluşu...

Sənəddə ABŞ-ın atəşkəsə nəzarət və onun yoxlanılması mexanizmi yaratması da nəzərdə tutulur. Qeyd olunub ki, bu mexanizm beynəlxalq iştirakla qurulmalı və gələcək mümkün hücumlar barədə erkən xəbərdarlıq etməyə, atəşkəsin potensial pozuntularını izləməyə və bu pozuntulara cavab verməyə imkan yaratmalıdır. Eyni zamanda, eskalasiyanın qarşısını almağa yönəlmiş tədbirlərin görülməsi də planlaşdırılır.

Avropalılar, həmçinin gələcəkdə silahlı hücum baş verərsə, sülhün və təhlükəsizliyin bərpası üçün tədbirlərin görülməsini nəzərdə tutan, Ukrayna hüququna əsaslanan məcburi öhdəlik üzərində işləməyi planlaşdırdıqlarını vurğulayıblar.

Dövlət və hökumət başçıları eyni zamanda bəyan ediblər ki, bu tədbirlər silahlı qüvvələrin tətbiqini, kəşfiyyat və logistik dəstəyi, eləcə də iqtisadi və diplomatik addımları əhatə edə bilər. Bu isə Ukraynaya real təhlükə zamanı faktiki yardım göstərilib-göstərilməyəcəyinin açıq saxlanıldığını göstərir.

Sənəddə Ukraynanın gələcək rifahına investisiya qoyuluşu da nəzərdə tutulub. Buraya iqtisadi və maddi bərpa üçün geniş resursların ayrılması, qarşılıqlı faydaya əsaslanan ticarət sazişləri və Rusiyanın vurduğu ziyana görə Ukraynaya kompensasiya ödəməsinin zəruriliyinin nəzərə alınması daxildir. Bundan başqa, birgə bəyannamədə Ukraynanın Avropa İttifaqına üzvlüyünün qətiyyətlə dəstəkləndiyi xüsusi vurğulanıb.

Kiyev özü qərar verəcək...

“Reuters”in mənbəyinə görə, ərazi məsələsi hələ də həll olunmayıb - danışıqlardan sonra Ukrayna prezidenti Volodomir Zelenski mövzunu “ağrılı və mürəkkəb” adlandırıb. “The Wall Street Journal”ın məlumatına görə, Vaşinqtonun təklifinə görə, bunlar NATO Müqaviləsinin 5-ci maddəsində nəzərdə tutulanlara bənzəyir. Almaniya kansleri Fridrix Merz, təfərrüatları açıqlamadan ABŞ-ın təklif etdiyi zəmanətlərin “gözəl” səsləndiyini qeyd edib. Merts Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ və Ukrayna təhlükəsizlik zəmanətləri barədə razılığa gəliblər. Mertsin sözlərinə görə, ABŞ əhəmiyyətli zəmanətlər verməyə hazır olduğunu bildirib: “ABŞ-ın Berlində hüquqi və maddi zəmanətlər baxımından təklifi həqiqətən diqqətəlayiqdir. Bu, çox vacib bir addımdır və mən bunu qətiyyətlə alqışlayıram.” O, Ukraynanın mümkün ərazi güzəştləri barədə özü qərar verəcəyini vurğulayıb.

Zelenskinin sözlərinə görə, ABŞ, Avropa və digər dövlətlərlə təhlükəsizlik müqavilələri NATO-nun 5-ci maddə üzrə öhdəliyinə oxşar şəkildə fəaliyyət göstərəcək. Bu maddə NATO üzvündən birinə hücumun hamıya hücum olduğunu müəyyən edir. Bu halda, alyansın bütün üzvləri zəruri hesab etdikləri təqdirdə, silahlı qüvvədən istifadə etməklə kömək etməyi öhdələrinə götürürlər.

Moskva razı deyil...

Moskva isə sülh müqaviləsinin bir hissəsi olaraq Qərb qoşunlarının Ukraynaya yerləşdirilməsi ideyası ilə razılaşmadığını bildirib. Bundan əlavə, Rusiya Ukrayna Silahlı Qüvvələrinin Donetsk və Luqansk, eləcə də Zaporojye və Xerson bölgələrindən çıxarılmasını nizamlamanın əsas şərtləri kimi göstərib. Xarici İşlər Nazirliyi bildirib ki, bütün tərəflər üçün təhlükəsizlik zəmanətləri təmin edilməlidir. Kreml Berlin danışıqlarının özü ilə bağlı şərh verməkdən imtina edib və müzakirələrdən sonra Vaşinqtonun yekun mövqeyini gözlədiyini qeyd edib.

P.İSMAYILOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Dekabr 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see330

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see269

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see264

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see257

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see256

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see243

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see235

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see235

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see231

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see231

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see225

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see221

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see219

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see211

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see197

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see196

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see191

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see184

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri