Icma.az
close
up
RU
Bernin çətin qərarı

Bernin çətin qərarı

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Neytrallıq siyasəti sərtləşəcəkmi?

XXI əsrdə müşahidə olunan geosiyasi dalğalanmalara baxmayaraq, neytral qalmağın nə demək olduğu barədə düşünmüsünüzmü? Bu baxımdan, İsveçrə uzun illərdir beynəlxalq siyasətdə özünəməxsus mövqeyi ilə seçilib. Avropanın mərkəzində yerləşən ölkə iki dünya müharibəsindən kənarda qalmağı, müxtəlif münaqişələrdə vasitəçi rolunu oynamağı və diplomatik platforma kimi etibarlı nüfuz qazanmağı bacarıb. Cenevrədə keçirilən saysız-hesabsız beynəlxalq danışıqlar, sülh konfransları, Qırmızı Xaç Komitəsinin fəaliyyəti və İsveçrənin “yaxşı xidmətlər” diplomatiyası məhz neytrallıq ənənəsinin nəticəsi olub.

Ancaq son illərdə Avropanın təhlükəsizlik mühiti köklü şəkildə dəyişib. Rusiyanın Ukraynaya qarşı müharibəsi, NATO ilə Moskva arasında artan qarşıdurma, qlobal geosiyasi bloklaşmanın güclənməsi və ABŞ-ın Avropa təhlükəsizliyindəki roluna dair müzakirələr neytrallıq anlayışını yenidən gündəmə gətirib. Sentyabrın 27-də İsveçrədə keçiriləcək referendum da məhz bu dəyişən geosiyasi reallığın fonunda ortaya çıxıb.

Referendumun təşəbbüskarları hesab edirlər ki, İsveçrə son illər öz neytrallığını əvvəlki qədər sərt şəkildə tətbiq etmir. Onların fikrincə, xüsusilə Ukrayna müharibəsindən sonra Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına qoşulmaq Bernin ənənəvi mövqeyindən uzaqlaşdığını göstərib. Buna görə də onlar neytrallığın daha dəqiq və məcburi qaydalarla konstitusiyada təsbit edilməsini təklif edirlər. Təklif olunan dəyişikliklər qəbul olunarsa, İsveçrə hərbi və müdafiə ittifaqlarına qoşula bilməyəcək, belə strukturlarla əməkdaşlığı yalnız birbaşa təhlükə vəziyyətində mümkün olacaq.

Bundan əlavə, ölkə müharibə aparan dövlətlərə qarşı iqtisadi sanksiyalar tətbiq etmək haqqından da məhrum olacaq. İstisna yalnız BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlara keçərlidir. Bu isə praktik baxımdan xüsusilə diqqətçəkən məqamdır. Çünki Rusiya Təhlükəsizlik Şurasının daimi üzvü kimi veto hüququna malikdir və öz maraqlarına zidd sanksiyaların qəbulunu bloklaya bilər. Elə bu səbəbdən, referendum İsveçrənin daxili hüquqi məsələsindən daha geniş mənaya malikdir. Avropada bir çox müşahidəçi sözügedən səsverməni Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra formalaşan yeni təhlükəsizlik arxitekturasına münasibət kimi qiymətləndirir.

Təsadüfi deyil ki, Moskva təşəbbüsə açıq dəstək verib və İsveçrənin daha sərt neytrallığa qayıtmasını müsbət addım kimi təqdim edib. Lakin referendumun əleyhdarları məsələyə tamamilə fərqli prizmadan yanaşırlar. Onların fikrincə, İsveçrənin gücü məhz çevik neytrallıq modelindədir. Ölkə hərbi münaqişələrə qoşulmur, lakin beynəlxalq hüququn pozulmasına münasibət bildirmək üçün siyasi və iqtisadi alətlərdən istifadə edə bilir. Federal Şura və parlament də bu mövqeni müdafiə edir. Onlar hesab edirlər ki, mövcud sistem İsveçrəyə həm neytral qalmağa, həm də dəyişən beynəlxalq şəraitə uyğun reaksiya verməyə imkan yaradır. Referendumun qəbul edilməsi isə manevr imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər.

* * *

Bu müzakirənin tarixi kökləri kifayət qədər dərindədir. İsveçrənin neytrallıq ənənəsi bir-neçə yüz il əvvələ gedib çıxır. Ölkənin daimi neytral statusu 1815-ci ildə Vyana Konqresindən sonra beynəlxalq səviyyədə tanınıb. Sonrakı iki əsr ərzində bu prinsip İsveçrənin milli kimliyinin ayrılmaz hissəsinə çevrilib. Bir çox isveçrəli üçün neytrallıq dövlətçiliyin təməl sütunlarından biridir. Ona görə də referendum ətrafındakı debatlar bəzən təhlükəsizlik siyasətindən daha çox milli kimlik müzakirəsinə bənzəyir.

Lakin problem ondadır ki, çağdaş dünya XIX və ya XX əsrin dünyası deyil. Müharibə deyəndə artıq ağla daha çox kiberhücumlar, enerji təhlükəsizliyi, informasiya müharibələri, iqtisadi təzyiq alətləri və texnoloji asılılıqlar gəlir. Daha dəqiq desək, dövlətlərin təhlükə anlayışı xeyli dəyişib. Belə şəraitdə neytrallığın sərhədlərini müəyyənləşdirmək əvvəlki dövrlərlə müqayisədə daha mürəkkəb məsələyə çevrilib.

Məsələn, əgər bir ölkə başqa bir dövlətə qarşı kiberhücum həyata keçirirsə, neytral dövlət hansı mövqedə dayanmalıdır? Əgər beynəlxalq hüquq kobud şəkildə pozulursa, neytral ölkənin iqtisadi sanksiyalara qoşulması tərəf tutmaq sayılmalıdırmı? Yaxud əksinə, heç bir addım atmamaq faktiki olaraq təcavüzkara üstünlük qazandırırmı? Bu sualların heç birinin sadə cavabı yoxdur. Referendum ətrafında gedən müzakirələr göstərir ki, Avropada neytrallıq anlayışı əvvəlki kimi birmənalı da qəbul edilmir. Avstriya və İrlandiya kimi ənənəvi neytral ölkələr belə son illərdə müdafiə xərclərini artırmaq və NATO ilə daha sıx əməkdaşlıq qurmaq istiqamətində addımlar atırlar. Bunun əsas səbəbi Rusiyanın Ukraynaya qarşı müharibəsinin Avropada təhlükəsizlik risklərini artırmasıdır. Bir çox hökumətlər hesab edir ki, müasir təhlükələr qarşısında tam təcrid olunmuş təhlükəsizlik modeli artıq kifayət etmir.

Diqqətçəkən başqa bir məqam isə referendumun zamanlamasıdır. Son illərdə qlobal sistemdə müşahidə olunan parçalanma dövlətləri daha sərt seçimlərlə üz-üzə qoyur. “Soyuq müharibə”dən sonra formalaşan nisbətən sabit beynəlxalq nizam əvvəlki kimi işləmir. Böyük güclər arasında rəqabət dərinləşir, regional münaqişələr artır və beynəlxalq təşkilatların effektivliyi tez-tez sual altına alınır. Belə şəraitdə neytral qalmaq da əvvəlkindən daha çətin görünür. Məsələnin bir əmmasını da qeyd edək ki, neytrallıq hər şeyə rəğmən kiçik dövlətlərə böyük güclərin qarşıdurmasından kənarda qalmaq imkanı verir.

Maraqlıdır ki, rəy sorğuları referendumun nəticəsi barədə müəyyən təsəvvür yaratsa da, müzakirələrin özü artıq siyasi məqsədinə çatmış kimi görünür. Çünki kampaniya İsveçrədə uzun illər toxunulmaz hesab olunan bir anlayışı yenidən gündəmə gətirib. Bu gün ölkədə əsas mübahisə neytrallığın hansı formada qorunmalı olmasıdır. Ehtimal olunur ki, seçicilərin əhəmiyyətli hissəsi təşəbbüsə qarşı olduğunu göstərsə də, debatın özü yaxın illərdə də davam edəcək.

Nəzrin ELDARQIZI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Sentyabr 2026 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see273

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see241

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see240

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see234

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see232

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see224

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see223

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see222

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see205

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see202

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see202

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see201

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see201

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see198

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see197

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see196

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see191

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see185

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see178

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri