Icma.az
close
up
RU
“Bəs bizdə niyə atom bombası yoxdur?”

“Bəs bizdə niyə atom bombası yoxdur?”

Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Əziz RZAZADƏ
Şah İranının baş naziri, daha sonra saray naziri olmuş Əsədullah xan Ələmin xatirələrində 1976-cı ilə aid bir qeyd var: “Əminəm ki, [Məhəmməd Rza] şah atom bombası haqqında düşünür”.
Bu qeyddən çox-çox əvvəl, daha doğrusu, 13 sentyabr 1969-cu ildə Ələm yazıb:
"Çin, Hindistan və İsrailin atom bombasından söhbət düşdü. Hökmdar dedi: "Necə ola bilər, bu cür pis həyat sürən çinlilərin atom bombası var?"
Dedim: "Hər halda, qədim Çinin oturuşmuş, güclü infrastrukturu var. Əhalisinin yüzdə biri belə ali məktəbi bitirmiş olsa, yenə kifayət edir".
Dedi: "Bəs niyə Hindistanda yoxdur?"
Dedim: "Əhalisi çoxdur, amma hindlilər maddi cəhətdən kasıbdır, ona görə də heç bir irəliləyiş yoxdur... İsraillilər isə atom bombasına sahib olmağa yaxındırlar".
Şah dedi: "Bəs niyə bizdə yoxdur?"
Dedim: "Birincisi, o qədər inkişaf etməmişik, ikincisi, iş görməkdə vicdan və səmimiyyətimiz çatışmır.
Şah təəssüflə razılaşdı".
İki söhbət arasında 7 il fərq var. Zaman təkcə şəraiti deyil, imkanları da dəyib, şah İranını geriqalmışlıqdan irəliləyişə aparıb. Amma bu gün şah İranı yoxdur, İslam Respublikası İran var. Onun atom bombası düzəltməyə “vicdan”ı yoxdur, onun səmimiliyinə isə İsrail və ABŞ (ümumən kollektiv Qərb) inanmır.
Söhbət ondan getmir ki, bu gün atom bombası olmadan nüvə texnologiyasına sahib İslam Respublikasıdır, onun yerinə şah İranı olsaydı belə, atom bombasının mövcudluğuna nə İsrail, nə də kollektiv Qərb imkan verərdi.
Bunun əyani nümunələri yetərincədir: İraq və Suriyadakı nüvə təsisatları bombalandı, başqa bir ərəb dövləti təzyiqlə nüvə texnologiyasından imtina etdi, amma sonra lideri öldürüldü və bu gün siyasi xəritədə “Liviya” adlı xəyali Şimali Afrika dövləti var.
Bədniyabətliyin məğzi budur: İslam dünyası inkişaf edə bilməz, müsəlman aləmi ibtidai icma quruluşundan uzağa getməməlidir; əgər bu coğrafiyada söhbət hansısa irəliləyişdən gedərsə və buna imkan yaradılarsa, yalnız Qərbin mikroskopik nəzarəti və icazə verilən hüdudları daxilində olmalıdır - yeganə təklif və təkid!
Bunun sabah Rusiyanın köməyi ilə Akkuyuda ilk AES-ini inşa edən Türkiyəyə şamil edilməyəcəyinin heç bir zəmanəti yoxdur. Hətta 1980-lərdə Nəvahidə AES inşası ideyası dəfn edilmiş və hazırda bu yöndə danışıqlar aparan Azərbaycana da...
Siyasi rejimin səciyyəsi, - forma və məzmundan asılı olmayaraq, - nüvə inhisarını əldən vermək istəməyən siyasi güc mərkəzi üçün 100-cü dərəcəli məsələdir!
Bu məqamda İran şahının verdiyi sualı yenidən xatırlamağa dəyər:
“Bəs niyə bizdə yoxdur?”
Əslində, sual ritorikdir, yəni cavabsızdır!
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://reyting.az
archiveBu xəbər 25 İyun 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri