Icma.az
close
up
RU
Qadınlara iş qadağası yoxdur: Bəs niyə qeyribərabərlikdir?

Qadınlara iş qadağası yoxdur: Bəs niyə qeyribərabərlikdir?

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Azərbaycanın əmək bazarında ciddi qeyri-bərabərlik mövcuddur.

Bu barədə Dünya Bankının Azərbaycana Çevik Texniki Yardım Aləti (AZTAF) çərçivəsində hazırladığı "Azərbaycanda qadınların məşğulluğu qarşısındakı maneələrin aradan qaldırılması" adlı hesabatda bildirilir.

Sənədə əsasən, qadınların 62 %-i, kişilərin isə 75 %-i işçi qüvvəsi kimi çıxış edir, qadınların 58 %-i, kişilərin isə 71 %-i məşğul əhali hesab edilir.

"Ən kəskin gender fərqi müəyyən sektor və peşələr üzrə müşahidə edilir: qadınlar qeyri-mütənasib olaraq daha az maaş alan sektorlarda və peşələrdə cəmləşiblər. Məsələn, qadınlar təhsil, səhiyyə, sosial iş və digər xidmət sahələrində çalışanların böyük hissəsini təşkil edir ki, bu da bir çox hallarda nisbətən aşağı əməkhaqqı ilə nəticələnir", - deyə hesabatda qeyd olunub.

Bəs əmək bazarında ciddi qeyri-bərabərliyə  əsas səbəb nədir?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”-a açıqlamasında deyib ki, ölkəmizdə çalışan işçilər arasında gender bərəbərliyi müəyyən qədər pozulub: 

“Buna əsas səbəb mental dəyərlərin, həmçinin mövcud qanunvericiliyin qadınların bir sıra işdə çalışmasını əngəlləməsidir. Əlbəttə, qadınların əmək hüquqları Konstitusiya və Əmək Məcəlləsi ilə qorunur. Konstitusiya gender əsaslı ayrı-seçkiliyi açıq şəkildə qadağan edir, kişilər və qadınlar üçün bərabər hüquq və azadlıqları təsdiq edir, heç bir ayrı-seçkilik olmadan əməyinin qarşılığını almaq hüququnu vurğulayır. Lakin bəzi sahələr var ki, orada qadınların çalışmasını qadağan edir. Xüsusən də ağır sənaye sektorunda qadağalar mövcüddur”. 

Ekspert bildirib ki, 2022-ci ildə Azərbaycan hökuməti bir sıra əsas sənaye sahələrində qadınların müəyyən vəzifələrdə
 işləməsinə qoyulan məhdudiyyətləri ləğv edib:

“Əvvəllər Əmək Məcəlləsinin 241-ci maddəsi və Nazirlər Kabinetinin 170 nömrəli qərarı ilə qadınların kənd təsərrüfatı, tikinti, nəqliyyat, energetika, istehsalat kimi sektorlar üzrə 674 peşədə işləməsini qadağan idi. Belə ki, qadınların yük vaqonlarında konduktor, qatar mühəndisi, 14-dən çox oturacaq yeri olan avtobusların sürücüsü, o cümlədən asfalt çəkmə, dülgərlik və energetika sahəsində müəyyən vəzifələrdə işləməsi qadağan olunurdu.

Lakin hazırda qadınlar adıçəkilən bu sahələrdə çalışa bilərlər ”.

O vurğulayıb ki, güc strukturlarında qadın işçilərin sayı artmaqdadır:

“Ölkəmizin əsas güc sturukturlarından olan hərbi və polis sahəsində qadın işçilərin sayı artmaqdadır. Belə ki, son zamanlar Silahlı Qüvvələrimizdə qadınların iştraki artıb. Həmçinin Daxili İşlər Nazirliyinə qadın işçilərin qəbulu artır. Bu, əlbəttə təqdirəlayıq haldır. İrəlidə bu tendensiyanın davam edəcəyi gözlənilir”.

Həmsöhbətimiz qeyd edib ki, qadınlar daha çox yaşa görə pensiya alırlar:

“Ölkəmizdə qadınlar pensiya təminatında ən minimal pensiya almaqda çoxluq təşkil edir. Buna səbəb işçi qüvvəsi olaraq çalışan qadınların daha aşağı məvacib alması, həmçinin evdar qadınların çoxluqda olmasıdır. Lakin Sovet dönəmində kolxoz, sovxozlarda və digər sahələrdə qadınlar çoxluq təşkil edirdi. Təxminən 80 faizdən çox qadın işçi qüvvəsi  çalışırdı. Lakin Sovet dönəmindən sonra bu sahədə çoküş yaşandı, buna görə işsizlərin sayı artdı. Nəticədə belə mənzərə ilə qarşılaşdıq. Amma irəlidə bu tendensiyada dəyişiklik gözlənilir”.

Həsən Məmmədov
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Dekabr 2024 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri