Icma.az
close
up
RU
“BƏS BURA KİMİNDİR, KİMƏ SATILIB?” ““Məhsul” stadionu da 6 ildir vandalizmə uğrayıb”

“BƏS BURA KİMİNDİR, KİMƏ SATILIB?” ““Məhsul” stadionu da 6 ildir vandalizmə uğrayıb”

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Naxçıvan Muxtar Respublikası Baş nazirinin sabiq müavini - kənd təsərrüfatı naziri, Bakının Yasamal rayonunun sakini Məmməd Abbasov “İnşaatçılar” metrostansiyasının yaxınlığındakı məşhur “Məhsul” stationunun acınacaqlı vəziyyəti barədə növbəti dəfə paylaşım edib. 

Xatırladaq ki, vaxtilə müxalifətinin mitinqlərinin keçirildiyi məkan olan “Məhsul” stadionu illərdir ki, təmir adı ilə qazılıb-tökülüb. Lakin ətrafdakı minlərlə sakinin yeganə istifadə məkanı olan station təmir olunmur. Hətta şübhələr var ki, bu stadionun ərazisində tikinti aparmaq planları var. M.Abbasov isə əvvəllər də dəfələrlə bu barədə sosial şəbəkələrdə yazıb və kütləvi informasiya vasitələrində çıxış edib.

Sabiq nazir son paylaşımında yazır: “6 ilə yaxın bir müddətdir ki, bu stadion sahibsiz qalıb. Mitinqlərin keçirilməsinin qarşısını almaq məqsədi ilə oranı yararsız vəziyyətə saldılar. Həqiqətən də bu stadionda mitinqlərin keçirilməsi ətraf binalarda yaşayan sakinlərin haqlı narazılığına səbəb olurdu. Ona görə də insanlar məmnun oldu ki, yəqin yenidənqurma işləri aparılacaq və stadion öz təyinatı üzrə istifadə olunacaq. İdman meydançası və ətraf ərazilər Respublika Həmkarlar İttifaqının balansında idi. Bir müddət sonra mətbuatdan məlum oldu ki, bu əraziləri satmağa cəhd etdiklərinə görə iki nəfər məsul işçiyə cinayət işi qaldırılıb. Lakin məsələnin nə yerdə qalması məlum olmadı…

Bu idman meydançasından minlərlə sakin, gənclər, məktəblilər, təqaüddə olan yaşlı nəslin nümayəndələri istifadə edir. Müşahidələr göstərir ki, səhərdən gecə saat 11-12-yədək hərə özünə münasib vaxtda oradan istifadə edir. Hətta royon Polis Şöbəsinin əməkdaşları da orada idman hazırlığı təlimləri keçirirlər. Lakin stadion baxımsızlıq üzündən çox pis vəziyyətə düşür. Bu haqda dəfələrlə sosial şəbəkələrdə məsələ qaldırılıb, çox təəssüflər olsun ki, nə rayon İcra Hakimiyyəti, nə də bələdiyə rəhbərlikləri məsələyə əhəmiyyət vermirlər. Respublika Həmkarlar Təşkilatı da özünü görməməzliyə vurub. AFFA, Gənclər və İdman Nazirliyi də vəziyyətə biganə qalırlar. Belə şayiələr gəzir ki, bu əraziləri satıblar. Düzdür, o tənqidi yazılardan sonra rayonun kommunal təsərrüfat idarəsinin işçiləri orada hərdən təmizlik işləri görürlər. Onlardan maraqlananda ki, buranın sahibi kimdir, deyirlər biz bilmirik, sadəcə göstəriş veriblər ki, gedin orada təmizlik işləri görün. Keçən ilə qədər Respublika Həmkalar Təşkilatının idarələrinin orada adlarını əks etdirən lövhələr var idi. Keçən il o lövhələri də oradan yığışdırdılar. Bildirmək istədilər ki, yəni bizə məxsus deyil.

Bəs bura kimindir, kimə satılıb? 

Bilirsiniz, artıq bu ərizidə binaların arasında yeni bir çoxmərtəbəli bina ucaldıldı. Görünür, növbə idman meydançasına da çatacaq…

Bu yaxınlarda Nizami adına kinoteatrın binasının divarlarına eybecər rəsmlər çəkilmişdi. Çox haqlı tədbirlər görüldü. Divarlar təmir olundu, təqsirkarlar cinayət məhsuliyyətinə cəlb olundu və o hərəkət vandalizm adlandırıldı. “Məhsul” stadionu da 6 ildir vandalizmə uğrayıb, amma tədbir görülmür…

Bu yaxınlarda aramsız yağışlar çox bölgələrə ziyan vurdu. Amma o yağışların ən böyük faydası “Məhsul” stadionuna oldu. İllərlə suvarılmayan meydançanın yaşıl örtüyü cana gəldi, onu əhatə edən ağaclar canlandı. Stadionu təbiət və Tanrı qoruyur. Uşaqlar, gənclər hər gün orada artıq futbol oynayırlar, idmanla məşqul olurlar. O yaşıllıq yayda tamamən yox olacaq, quruyacaq. Yəqin ki, təbiət yenə də öz sözünü deyəcək, aidiyyatı dövlət orqanları deməsə də. Gözləyirlər ağaclar qurusun. Amma onların da Allahı var. Yəqin ki, imkan verməz qurusunlar…”

“AzPolitika”






Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Aprel 2026 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see351

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see349

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see347

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see275

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see269

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see268

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see267

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see259

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see250

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see250

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see238

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see231

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see229

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see228

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see227

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see225

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see223

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see223

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see220

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri