Icma.az
close
up
RU
Bəs alma? Alma heç kimə gərək deyil?

Bəs alma? Alma heç kimə gərək deyil?

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gənc nəsil üçün tanış olmasa da, orta və yaşlı azərbaycanlıların çoxunun yaddaşında qalmış “Alma almaya bənzər” filmində Nadir babanın bir sualı var idi: “Bəs alma? Alma heç kimə gərək deyil?” Bu sadə sual əslində dərin mənəvi sarsıntının ifadəsi idi. Həyatın rəmzi, bərəkətin, sevginin, insanlığın simvolu olan “alma” – yəni insan – sanki artıq heç kimə lazım deyil. Bu sual bu gün, müasir dünyanın amansız reallıqları fonunda daha da ağır səslənir.

Bu gün dünyanın müxtəlif bölgələrində qanlı münaqişələr davam edir. Onların içində ən çox diqqət çəkənlərdən biri Rusiya-Ukrayna müharibəsi, digəri isə İsrailin Yaxın Şərqdə apardığı hərbi əməliyyatlardır. Hər gün onlarla insan həyatını itirir, ailələr dağılır, şəhərlər və kəndlər yerlə-yeksan olur. Binalarla birgə insanlar da uçuruma yuvarlanır – həm fiziki, həm mənəvi baxımdan. Yaşamaq üçün zəruri olan infrastruktur dağıdılır, təbiətə isə illərlə geri qaytarıla bilməyəcək zərər vurulur.

Qəribəsi və ən acınacaqlısı odur ki, bütün bu faciələr dövlətlər tərəfindən fəxrlə statistika kimi təqdim olunur. Məsələn, Rusiya bildirir: “Zərbəmiz nəticəsində Ukrayna ərazisində 10 nəfər öldü, onlarla insan yaralandı”. İsrail qeyd edir: “Ordumuzun dəqiq zərbələri nəticəsində ölən və yaralananların sayı dəqiqləşdirilir.” Ukrayna və HƏMAS tərəfləri də oxşar açıqlamalarla çıxış edirlər.

Lakin bu soyuq rəqəmlərin arxasında ömür və ölüm gizləndiyi tərəfləri maraqlandırmır. Onlara statistika olaraq qarşı tərəfə daha çox zərər vermək lazımdır. Bəs ölən insanlar? Onlar da insan deyilmi? Onların da yaşamaq, gülmək, sevmək, yaşlanmaq hüququ yox idimi?

Xüsusilə uşaqların ölümü... Bu, sadəcə qurban deyil – bu, insanlığın cəsədidir.

Uşaqlar öləndə, gələcək ölür. Qorxu içində susmuş bir uşaq bəşəriyyətin vicdanında əbədi iz buraxır.

Azərbaycan xalqı bu acını yaxşı tanıyır. Otuz ildən çox torpaqlarımız işğal altında qaldı. Biz çox əzab çəkdik, amma bizi ən çox ağrıdan – Xocalı soyqırımı zamanı qətlə yetirilmiş uşaqların və qadınların fotoları oldu. O körpənin donmuş, qan içindəki üzü bir millətin ürəyini titrətdi. Biz o fotoda həm göz yaşlarımızı gördük, həm də susqun qəzəbimizi.

Amma biz eyni zamanda müharibənin içində belə insanlığımızı qorumağı bacardıq. Düşmənin dinc əhalisinə toxunmadıq. 44 günlük Vətən müharibəsi zamanı da bir nəfər də olsun mülki şəxsə zərər verilmədi. Çünki biz bilirdik – müharibə təkcə silahla deyil, vicdanla da aparılır.

Torpaqlarımızı azad etdik, bəli. Amma insanlığımızı da itirmədik. Çünki bizə görə, müharibənin də bir mənəviyyatı olmalıdır. Uşaqlar, qadınlar, qocalar – müharibənin deyil, həyatın iştirakçılarıdır.

Bu gün isə insan həyatının qiyməti heçə enib. Kimdən nə qədər insan ölüb – bu, artıq statistikadır. Halbuki əsl dərd - ümumiyyətlə insanların ölməsidir. Ölümün milliyyəti, vətəndaşlığı, dini olmur. O, hər ailəyə eyni cür daxil olur - sükutla, göz yaşı ilə, boş qalan bir beşiklə...

İnsan yaşamaq üçün doğulub. Onun yaşamaq hüququ heş bir əmrlə, heç bir sərəncamla, heç bir siyasi məqsədlə əlindən alına bilməz. Bu hüquq Tanrıdan gəlir. Və Tanrı ədaləti gec də olsa, yerini tapır.

Bəlkə də Nadir baba yenə soruşardı: “Bəs alma? Alma heç kimə gərək deyil?”

Cavab isə bizim əməllərimizdə gizlidir. Əgər bir gün "alma" yenidən gərək olacaqsa, bu, yalnız insan canının dəyəri bərpa olunandan sonra mümkün olacaq.

Qadir Həzi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 24 İyul 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see418

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see269

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see267

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see262

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see253

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see250

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see248

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see244

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see243

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see241

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see238

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see237

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see233

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see220

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see217

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see198

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see194

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see188

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see169

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri