Icma.az
close
up
RU
Beş Fernandu Santuş gəlsin, millidə nəticə olmayacaq

Beş Fernandu Santuş gəlsin, millidə nəticə olmayacaq

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Azərbaycan milli komandasının sabiq müdafiəçisi Saşa Yunisoğlu apasport.az saytına müsahibə verib.

- Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Ukrayna ilə eyni qrupda mübarizə aparacaq. Üstəlik, digər rəqib ya Fransa, ya da Xorvatiya olacaq. Püşkatmanı Azərbaycan millisi üçün uğurlu hesab edirsən?
- Millimiz hazırda elə vəziyyətdədir ki, heç bir püşkatma bizim üçün uğurlu olmayacaqdı. Təbii ki, biz millimizin ən yaxşı və uğurlu olmasını istəyirik. Amma reallıq onu göstərir ki, bu gün millimiz üçün hər bir rəqib başağrısı ola bilər. Bu püşk bizim üçün Ukrayna, İslandiya, Fransa və ya Xorvatiya kimi rəqibləri verib. Çox güclü və çətin rəqiblərdir.

- Yeri gəlmişkən, Ukrayna və İslandiya millisi haqda nə düşünürsən? Səncə, Ukrayna və ya İslandiya millisi məğlub edə biləcəyimiz komandadır, yoxsa biz onlar üçün zəif rəqibik? 
- Son oyunlar göstərdi ki, elə biz bu rəqiblər üçün zəifik və ən arzu olunan rəqiblərdən biriyik. Bu vəziyyəti isə özümüz yaratmışıq. Özümüz də bu vəziyyətdən çıxmalıyıq. Fransa və Xorvatiyadan ümumiyyətlə danışmaq istəmirəm. Onların gücü hamıya bəllidir. Ukrayna istənilən güclü rəqiblə bərabər səviyyədə mübarizə aparmağa çalışır. Millətlər Liqasının son tsiklində də öz qrupunda 8 xalla ikinci yeri tutmuşdu. Dildə deyə bilərik ki, İslandiya millimizə uyğun rəqibdir. Ancaq İslandiya da öz rəqiblərini məğlub edə biləcək, son Millətlər Liqasında 7 xalla üçüncü yeri tutan komandadır. 

- Milli bu qrupda nə qədər xal toplayacaq keyfiyyətə, səviyyəyə sahibdir? 
- Hərdən bizim istəyimiz imkanlarımızla eyni olmur. Bu da həmin vəziyyətlərdən biridir. Biz istəyirik ki, millimiz ən azı 7-8 xal toplasın və qrupdan çıxmaq üçün mübarizə aparsın. Amma hazırda biz bunu ancaq arzulaya bilərik. Məncə bu qrupda 4 xal toplasaq sevinməliyik. 

- Azərbaycan yığması Millətlər Liqasının C divizionundan D divizionuna düşdü. Bu cür uğursuz nəticədən sonra millimizin üzvləri seçmə mərhələ matçlarına hansı motivasiya ilə çıxacaqlar? 
- Əgər futbolçunun futbol oynamaq üçün motivasiyası yoxdursa, həmin futbolçu futbolu buraxmalıdır. Millidə oynamaq, millinin formasını geyinmək, bayrağımızı dalğalandırmaq, beynəlxalq turnirlərdə iştirak etmək üçün hansı motivasiya lazımdır? Bütün bunların hamısı movasiyadır da. Futbolçu üçün bundan yaxşı motivasiya ola bilməz. Üstəgəl, hər qələbəyə görə bonus da verilir. Düşünürəm ki, futbolçular üçün yetərli qədər motivasiya var. Təəssüflər olsun ki, tək motivasiyə ilə oyunları udmaq olmur. Bacarıq, keyfiyyət də olmalıdır. Komandamızda motivasiya da yoxdur. Məhz bu aspektlərdə problemlər var. 

- Fernandu Santuş isə milli komandanın baş məşqçi postunda qalacaq. Onunla bağlı nə düşünürsən? Səncə, millidə qalması yaxşı qərar idi? 
- Düşünürəm ki, başqa əcnəbi gətirməkdənsə, elə Santuşun qalması yaxşıdır. Onunla bağlı isə nəsə deməyə ehtiyac yoxdur. Adam Avropa çempionudur, bacarıqlı , təcrübəli və səviyyəli məşqçidir. Amma əgər material yoxdursa, istər 5 Fernandu Santuş gəlsin, lap birlikdə işləsin, nəticə olmayacaq. Oyunçuların kökündən səviyyəsini və keyfiyyətini qaldırmaq lazımdır. O da bu nəsil futbolçularla alınan iş deyil. Futbolçuları uşaqlıqdan düzün yetişdirmək lazımdır. 

- Qrupdakı üçüncü rəqib ya Xorvatiya, ya da Fransa olacaq. Yəqin ki, rəqibin Fransa olmasını istəməzdin? Fransa millisi vaxtilə Azərbaycana 10:0 qalib gəlib. Onlar ötən il Cəbəllütariqi 14:0 məğlub edib... 
- Dediyim kimi, bu iki komanda haqqında çox danışmağa ehtiyac yoxdur. Hamı bu komandaların gücünü yaxşı bilir. Düşünürəm ki, Xorvatiya daha münasibdir. Ona görə ki, hazırda xorvatlarda nəsil dəyişikliyi gedir və hələ ki, onlar stabil oyun nümayiş etdirə bilmirlər. Buna görə millimizdə hansısa şanslar görünə bilər. Fransa isə hazır maşındır. Nəsillər dəyişdi və hazırda Fransa əvvəlkindən də güclüdür. Məncə, fransızlarla matçlarda şansdan danışmaq yersizdir.
 

Matça gəlməyən komandaya texniki məğlubiyyət verildi Azərbaycan kubokunun püşkü atılacaq AFFA “Şamaxı”nı cərimələdi Kənan Kərimov: "Layiqli xallar yığmaq istəyirik" "Qarabağ"ın ardıcıl 4-cü qış çempionluğu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://apasport.az
archiveBu xəbər 20 Dekabr 2024 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri