Icma.az
close
up
RU
Fernandu Santuş: “Çox oynayan futbolçuları millidə görmək istədim”

Fernandu Santuş: “Çox oynayan futbolçuları millidə görmək istədim”

Idmanxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Hər iki oyuna yaxşı hazırlaşmalı və qələbə qazanmalıyıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Azərbaycan futbol millisinin baş məşqçisi Fernandu Santuş Latviya və Macarıstan seçmələri ilə keçiriləcək oyunlardan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Portuqaliyalı mütəxəssis zədə səbəbindən bir neçə oyunçunu milliyə dəvət edə bilmədiyini söyləyib: “Hər mövqedə ən yaxşıları komandaya çağırdıq. Aleksey İsayev, Coşqun Diniyev və bir neçə futbolçunu da yığmaya dəvət etmək istəyirdik. Amma zədəli olduqları üçün alınmadı. Bəzi oyunçular isə mövsüm ərzində özlərini doğrultmadıqları üçün siyahıda yer almadılar. Onlardan biri də Ramil Şeydayevdir. Bəziləri isə ümumiyyətlə, öz klublarında az-az meydana çıxırlar. Əsasən ehtiyat skamyasında əyləşirlər. Hətta bəzən onların adları iştirak ərizəsinə belə salınmır. Mən də çox oynayan futbolçuları millidə görmək istədim”.

F.Santuş gənc futbolçulara şans verməyin önəmli olduğunu bildirib: “Gənclərin potensialını üzə çıxarmaq lazımdır. Onlar da digərləri kimi milli komanda ruhunu hiss etməlidirlər. Biz həmin futbolçuları təlim-məşq toplanışlarına dəvət edərək onların bacarığını yoxlayırıq”.

O, Azərbaycan çempionatının səviyyəsini də dəyərləndirib: “Liqanı 10 ballıq şkala üzərindən 5 xalla qiymətləndirərdim. Təbii ki, hər məşqçi öz istəklərini reallaşdırmağa çalışır. Ümumi 10 komandadan 3-4-ü yuxarı yerlər uğrunda mübarizə aparırlar”.

Qeyd edək ki, millimiz iyunun 7-də Riqada yerləşən “Skonto” stadionunda Latviya və iyunun 10-da “Liv Bona Dea Arena”da Macarıstan yığması ilə qarşılaşacaq. (Azertac.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:223
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 23 May 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri