Icma.az
close
up
RU
Beş il həbsi istənilən Acun Ilıcalıdan ona qarşı irəli sürülən ittihamla bağlı açıqlama

Beş il həbsi istənilən Acun Ilıcalıdan ona qarşı irəli sürülən ittihamla bağlı açıqlama

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyənin İstanbul şəhərində qanunsuz mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində barəsində 5 il 3 ay həbsi istənən iş adamı Acun Ilıcalı ittihamla bağlı açıqlama verib.

Oxu.Az-ın verdiyi məlumata görə, o bu barədə "TV100"də yayımlanan "Kale Arkası" proqramında danışıb.

Ilıcalı bu işdə günahsız olduğunu bildirib.

"Mən xaricdən aldığım oyunları yayımlayanda, stadionda görünən reklamlar olur. Ancaq hər yerdə başlıqlarda Acunun adı hallanır! Mən nə etdim ki? Milli matçı yayımladım, stadionda qeyri-qanuni reklam olub, mən nə edə bilərdim ki?

Mən sadəcə xaricdən matçı satın almışam, heç bir şeyə müdaxilə etməmişəm. Açıq şəkildə soruşmaq istəyirəm: bu mövzularda niyə danışılmır? Görünən odur ki, müəyyən bir qrup məni hədəf seçib və məsələ məhkəməyə qədər gedib. Ancaq bir məsələnin məhkəmə prosesində olması, ümumiyyətlə, həmin hadisənin cinayət olduğunu sübut etmir. Qərar hələ verilməyib.

Mənə qarşı irəli sürülən ittiham yayımlayıcı olaraq bu görüntüləri göstərməyimdir. Xaricdən aldığımız üçün eyni vəziyyəti yaşayan 5-6 televiziya kanalı var. Hamımız eyni çətinliyi çəkirik. Bu reklamlar avtomatik keçir, bizim təsir imkanımız yoxdur. Mənim müdafiəm də məhz budur.

Məni mərc oyunları ilə əlaqələndirməyə çalışmaq tamamilə başqa bir niyyətdir. Hər cür böhtanın atılacağını bilirdim, amma məni mərc məsələsi ilə bağlamaq absurddur. Mən UEFA-dan matç almışam. Burada edə biləcəyim bir şey yoxdur. Buna görə də ədalətə güvənirəm.

Mənim üçün problem yoxdur, çünki ortada başqa bir şey yoxdur. Əgər desələr ki, mərc şirkəti ilə müqavilə bağlayıb, pulun yarısını alıb - buyurun, buradayam. Amma belə bir şey sübut edilə bilməz, çünki baş verməyib."

Qeyd edək ki, ittiham aktında "TV8" və EXXEN platformalarında yayımlanan futbol matçları zamanı qanunsuz mərc saytlarının reklam edildiyi iddia olunur. İşlə əlaqədar ümumilikdə səkkiz nəfər təqsirləndirilir. Acun Ilıcalı iyul ayında məhkəməyə çıxacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Mart 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see258

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see170

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see154

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see144

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri